İsrafil İsrafilov: “52 yaşları var, qız rolu oynamaq istəyirlər” – MÜSAHİBƏ
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun Lent.az-a müsahibəsi
- İsrafil müəllim, sizin qəbulunuza düşmək nazirin qəbuluna düşməkdən çətindir.
- İşim çox olur ona görə. Məgər bu, çətinlikdir?
- İki həftədir sizə zəng vururam, heç telefona da cavab vermirsiniz.
- Tək siz deyilsiniz. Qardaşlarım da, bacımgil də şikayət edir. Başım qarışır, telefon da qalır stolun üstündə. Bilirsiniz necədir? Teatr nə üçünsə həmişə, bax, sizinkilər, yəni agentliklər...
- Hə, sevmədiyiniz mətbuat işçiləri...
- Yox, əksinə. Mən özüm də yazan adamam axı. Əksinə... Jurnalistlər mənimlə danışanda fikirləşirəm ki, yəqin bunlar məni maşınqayırma zavodunun direktoru kimi qəbul edirlər. Axı mən yaradıcı adamam, elmlər doktoruyam, kitab, məqalə müəllifiyəm. Xəbər yazmıram, amma elmi tədqiqat işləri, məqalələr yazıram. Jurnalistlərin işinə içimdə bir sevgi, hörmət var. İntəhası, teatrdan danışanda ancaq truppadan danışırlar. Bu dəqiqə mən təhlükəsizlik xidmətinin əməkdaşları ilə danışırdım. Bilirsiniz, teatr ətrafı nə qədər problem var? Məsələn, bir də görürsən ağacın hansısa budağını sındırıblar. Ya da küçədə uşaqlar futbol oynayanda topla vurub müşahidə kamerasını əyiblər. Hələ biz işə başlamamışıq ha. Yəni direktor hər işlə məşğul olur.
- Yeri gəlmişkən, sizi gözlədiyim bir saat ərzində müşahidə etdim ki, içəri heç kimi icazəsiz, təlimatsız buraxmırlar. Çox ciddi şəkildə qoruyurlar.
- Teatr bizim iş yerimizdir. Biz bura işləməyə gəlirik. Aktyorun, rejissorun, truppa müdirinin, inzibatçının və digərlərinin öz funksiyaları var. Direktor isə saydığım və saymadığım bütün işləri tənzimləməlidir. Mən dünən 9-a işləmiş işdən çıxmışam. Başqaları saat 5-də, 6-da gedir.
- Mən yenidən sualıma qayıtmaq istəyirəm. Teatrı niyə bu qədər ciddi şəkildə qoruyursunuz? Əvvəl bu istiqamətdə hansısa problem olmuşdu bəlkə, ona görə?
- Yox, sadəcə...
- Hətta, Firəngiz Mütəllimova da bu yaxınlarda müsahibəsində onların binaya daxil olmasına icazə verilmədiyini demişdi. Binanın bu dərəcədə qorunması nə ilə əlaqədardır?
- Heç bir şeylə əlaqədar deyil. Aktyorlar, truppa, bütün işçilər işdən buraxılmışdı. Bu və ya digər bir kəsin burda nə işi var ki? Məşq, tamaşa yox, mühasibatla işin yox, bura niyə gəlirsən? Binanı dövrə vurub çıxıb getmək üçün? Nə deməkdir bizi işə buraxmırlar? Müqaviləyə əsasən, fevralın 1-dən məşqlər başlayır. Ondan bir ay əvvəl aktyorun burda nə işi var? Tutaq ki, mən bundan qabaq direktor işlədiyim yerə getsəm, polis məni içəri buraxmasa, deməliyəm ki, mən burda illərlə çalışmışam, birinci sima olmuşam, məni içəri buraxmırlar?! Düz edib buraxmırlar. Mənim orda nə işim var axı? Və bir də... Jurnalist üçün həmişə “qızarmış” xəbər daha maraqlıdır, nəinki “buxarda bişmiş”.
- Eləcə də oxucu üçün...
- Bilməyən oxucu üçün. Bilən oxucu bu cür şeyləri normal qəbul edir... “Bizi içəri buraxmırlar, BMT-yə müraciət edəcəyik” və s. Nə var axı içəridə? Mən dekabr, yanvar aylarında truppanın 90 faizi ilə görüşmüşəm. Bir dəfə hətta nazir müavini kollektivlə görüşdü, danışdıq. Başqa burda nə iş var ki? İş fevralın 1-dən başlanır. Bunu bilə-bilə uzun illər burda çalışmış bir adam bunu deyirsə, məqsədi nədir? Mən axı az bir zamanda fərdi adamlar üçün elədiyim işləri dilimə gətirmirəm. Desinlər də, filan direktor bunu edib. Axı mən heç kimin eləmədiyi işləri etmişəm. Sabah mən burda hansısa aktyor, aktrisaya qanımı versəm də, bunu heç kimə deməyəcəyəm. Amma kiməsə məsələn, salamı gec versəm, o saat dilə gətirəcəklər. Mən bu aktrisaları, o cümlədən Firəngiz Mütəllimovanı tələbə vaxtından görmüşəm. Onların bütün inkişaf yolu gözümün qabağında olub. Tələbə vaxtı bura necə girmişəmsə, indi də elə girirəm. “Mənəm-mənəm”lə yox. Onlara da deyirəm ki, birinci dəfə bura necə gəlmişdinizsə - yaxşı mənada büzüşə-büzüşə, ehtiyatla, narahatlıqla, indi də özünüzü o cür hiss edin. Sən yaradıcılıqda çox inkişaf edə bilərsən, böyük bir sənətkar ola bilərsən, amma sadəliyində, səmimiliyində, insanlığında necə varsan, elə də qalmalısan. Təəssüf edirəm ki, jurnalistlər də insanların incik anından istifadə edib hansısa sözü ondan alırlar.
- Jurnalistin işi budur da.
- Yox. Ailədə də inciklik olur. Uzun illər dostluq etdiyin adamdan da inciyirsən. Belə şeylər olur. Yaradıcılıqda isə bu, hər gün baş verir. Bir də ki, illər keçdikcə insanların iddiaları da dəyişir, başqalaşır. Axı bu aktrisaların yaşları 50-dən keçib. Artıq onların böyük sənət əsərlərində böyük rollar oynayan vaxtıdır... Bir az geniş baxanda, sənət adamlarımız Azərbaycandan kənara çıxmayıblar. Kənarda sənət adamlarının qarşılıqlı münasibəti, öz sənətinə münasibəti bir qədər fərqlidir. Dünya turnesində alqışlar alan aktyorlar sadəliyində qala bilir. Bizimkilərin hamısı haqqında bunu demək olmaz. Məsələn, mən Şükufə Yusupovada bunu heç vaxt görməmişəm. Ya da Azər Paşa Nemətov. O, Avropanın istənilən teatrında gözəl tamaşa qoya və dünya şöhrəti qazana bilər. Təəssüf ki, biz öz sənətkarlarımızı dünyaya tanıda bilmirik. Amma indi buna şans yaranıb.
- Artıq bütün aktyorlarla müqavilələr bağlanıb? İmza atmağa razı olmayanlar oldumu?
- Yox. Əvvəla, biz özümüzdən göydən düşmə bir şərt qoymamışıq. Mədəniyyət və Turizm Nazirliyinin əmək funksiyaları haqqında qaydaları var, müqavilədə də onlar yer alıb. İkincisi, əmək qanunvericiliyində olan bütün prinsiplər orda öz əksini tapıb. Aktyor vaxtında işə gəlməli, teatrın daxili qaydalarına hörmət, nizam-intizam qaydalarına riayət etməlidir, ona tapşırılanı peşəkarlıqla yerinə yetirməlidir, tamaşada qəbul olunmayan digər mizanlar edə bilməz, rolun sözünü ixtisar, əlavələr edə bilməz. Təxminən bu şərtlərdir. Burda qeyri-adi bir şey yoxdur.
- O gün dediniz ki, teatra giriş xüsusi kartla olacaq. Aktyorlar binaya daxil olan zaman həmin kartlardan istifadə edəcəklər.
- Bəli, təhlükəsizlik xidməti ilə elə bu haqda danışırdıq. Giriş kartları olacaq. Giriş kartını aparata daxil edəcəklər və kompüterdə qeyd olunacaq, kim hansı saatda teatra daxil olub. Bu da nizam-intizama riayət etmək üçündür. Çünki teatr daxili qaydalara görə, aktyor məşqdən 40-45 dəqiqə tez gəlməlidir. Burda yeni və qeyri-adi heç bir şey yoxdur.
- Hər halda, hələ heç bir teatrda belə qayda tətbiq olunmur.
- Xeyr. Musiqili Komediya Teatrı, ardınca Opera və Balet Teatrının təmiri bitəndən sonra orda da tətbiq olunacaq. Yəni, bu, teatr direktorunun yenilik cəhdi deyil. Sadəcə, Mədəniyyət və Turizm Nazirliyinin tətbiq etdiyi qaydadır.
- Bu giriş kartları yalnız aktyorun nizam-intizam qaydasına riayət etməsinə kömək edəcək. İstedadının artmasına ki yox.
- Bəs nəyə xidmət etsin?
- Aktyorun əsas istedadı, yaradıcılığı olmalıdır. Aktyorlar yaradıcı şəxslərdir. Onları bu qədər sıxmaq nəyə lazımdır? Bəlkə biri yolda gələndə başına bir iş gəldi, 5 dəqiqə gecikdi.
- Olmaz gecikmək. Bu ona görədir ki, Azərbaycan jurnalistlərinin digər ölkə teatrlarından xəbəri yoxdur. Heç onlarda belə sual yaranmır. Sıxmaq nə deməkdir? Aktyor vaxtında işə gəlməlidir.
- Jurnalistin digər ölkə teatrlarından başı çıxmaya bilər. Dərd orasındadır ki, aktyorlarımızın özləri o teatrları tanımır.
- Başı çıxmağı demirəm. Yəni onlarda heç belə sual yaranmır. Amma bizdə sual yaranır. Niyə müəllim, tələbə işə gecikə bilməz, amma aktyor gecikə bilər?
- Mən demirəm ki, aktyor hər gün işə geciksin. Amma aktyorun teatra kartla daxil olması...
- Kart məgər söyüşdür, təhqirdir? İncəsənət Muzeyində işçilər içəri kartla daxil olur. Bütün təşkilatlarda belə olacaq. Sadəcə biz birinciyik. Beşinci olsaydıq, sizdə bu sual yaranmazdı. Günahımız budur ki, birinci biz təmir olunmuşuq, bütün yeniliklər birinci bizdə tətbiq olunur. Kimsə bunu başlamalıdır. Burda sıxıntılı bir şey yoxdur. Kimliyindən asılı olmayaraq hamı işə vaxtında gəlməlidir. Teatr rəhbərliyi hər şeyi başa düşür. Amma bir də var, kiminsə kaprizi, şıltaqlığı... Elə teatrda intizam pozulduğuna görə teatrımız bu gündədir də. Nə əmək, nə yaradıcılıq intizamı var. Bəs sizə niyə qəribə gəlmir ki, aktrisa və ya aktyor siqaret damağında oturub, tüstünü havaya buraxır. Məgər bu, yaxşıdır?
- Olmaya bu da qadağan olunacaq?
- Qadağan olunmayacaq... Bilirsiz necədir? Ya bizim jurnalistika istəyir ki, teatr müəyyən səviyyəyə qalxsın, ya da istəmir.
- Siz jurnalistlərə qarşı çox radikal mövqedəsiniz və dediyim kimi, jurnalistləri sadəcə sevmirsiniz.
- Mən oxuduqlarımı deyirəm. Mənim haqqımda yazırlar ki, palatadayam, tərpənə bilmirəm, beynimə qan sızacaq. Mən belə şey deməmişəm axı... Siz təsəvvür edin ki, əvvəl nəhəng aktyorlar tamaşaya bir saat, saat yarım qalmış teatra gələrdilər. İndi qaça-qaça girir içəri, tez paltarını dəyişib tələsik səhnəyə çıxıb rol oynayırlar. Niyə aktyor rolunun müəyyən sözlərini bilməyib özündən artırır? Niyə mizanların bəzilərini etmir? Niyə tamaşa iki saat getməlidir, amma saat yarım gedir?
- Niyə, İsrafil müəllim?
- Hamısı intizamsızlıqdandır. Öz sənətinə münasibətin mənfiliyindəndir. Bunlar 3-5-10 il bax belə buraxılıb. Belə olmaz axı. Kimsə deyib, filankəs üçün filan tamaşa qoyulmalıdır. Belə repertuar qurular? Siz də deyirsiniz belə sıxmaq olmaz. Mən sadəcə məşq, tamaşa intizamı yaradıram ki, saat 11-də məşq başlayır. Öz aramızdı, saat 11-də işə gələ bilməyən adam nə işçidir?
Elə bu məqamda Türkiyədəki müalicəsini başa vurub yenicə Vətənə dönən Vaqif İbrahimoğlu otağa daxil olur. “Yuğ” Teatrının yaradıcısı Akademik Milli Dram Teatrında “Lənkəran xanının vəziri” tamaşasının məşqlərinə başlayıb. Vaqif müəllimlə hal-əhval tutandan sonra söhbət başqa məcrada davam edir.
- Biz müəyyən proqnozları hədəf edib gedirik. Birdən-birə böyük vədlər vermək mümkün deyil. Amma əsas odur ki, əvvəlkini necə qəbul edirik. Yaxşıydımı? Əgər cəmiyyəti qane etmirdisə, demək əvvəlkindən daha yaxşısını düşünürük. Bunu etmək üçün hansı işlər varsa, onu görürük, görməliyik. Hər halda əvvəlki vəziyyətdən yaxşı olacaq. Keyfiyyətcə yeni bir şey olacaq. Qoy 6-7 tamaşa olsun, amma yüksək səviyyədə olsun. Qonaq qarşısına, başqa xalqların qarşısına çıxa bilək. Birinci növbədə sənətə münasibətimizi dəyişməliyik. İlk olaraq əmək intizamı olmalıdır. Yaradıcılıq isə iki-üç qat səy tələb edir. Səhnədə ölülər gəzməməlidir. Bura morq deyil. Səhnədə ruhlu adamlar gəzməlidir. Öz energetikasını auditoriyaya yaymalıdır. Bunun min bir yolu var. Onlardan istifadə edə-edə irəliləyəcəyik. Hər halda ölü nöqtədən çıxacağıq. Azərbaycan teatrının indən beləki dövrü keyfiyyətcə yeni mərhələyə çıxacaq.
- Keyfiyyətcə yeni mərhələyə nail olmaq üçün aktyorların müsabiqəsi keçirilməli idi. Amma keçirilmədi. Müsabiqənin ləğv olunma səbəbi nə idi?
- Bu teatrın yaradıcılıq potensialı müəyyən işlər görməyə imkan verir. İkinci tərəfdən mən bura may ayından gəlmişəm. Teatr isə iki-üç ildir fəaliyyətdə deyil. Hazır repertuardakı tamaşaları müxtəlif səhnələrdə müxtəlif şəkildə tamaşaya qoyub. Orda elə aktyorlar var ki, özlərini heç vaxt göstərə bilməyiblər, potensialını ifadə edə bilməyiblər. Müsabiqə olanda ondan biz nəyi gözləyək, nə soruşaq? Ola bilərdi ki, obyektivliyimizi itirərdik. Yanlışlıqla kimsə kənarda qala bilərdi. Müqavilə yoluna keçdik.
- Sadaladıqlarınız əvvəldən bilinən şeylər idi. Özünüz də etiraf edirdiniz ki, müsabiqədən kənarda qalacaq aktyorlar var.
Söhbət bu dəfə də Vaqif İbrahimoğlunun otağı tərk edərək məşqə getməsi ilə yarımçıq qalır... və yenə davam edir.
- Mən fikirləşirəm ki, yaradıcı adamın mənəvi-əxlaqi siması olmalıdır. Bizdə hamı özünü sevir. Böyük ola, boyumuzdan yuxarı qalxa bilmirik. Mən əgər hamını mərhəmətlə sevməyə başlasam, bir-iki aydan sonra məni işdən çıxaracaqlar. Çünki heç nə baş verməyəcək. Vallah-billah, mənim elədiklərimin hamısı ancaq və ancaq xeyir üçündür. Vaqif müəllimlə Tədris Teatrında bir işləmişik. Mən direktor olmuşam, o baş rejissor. O 5 dəqiqə gecikə bilməzdi. Əvvəla elə adam deyildi.
- O məsuliyyət adamın özündə olmalıdır da.
- Bəs mən neyniyim? Bir tamaşada 10 nəfər iştirak edir. Onlardan ikisi gecikirsə və mən buna danışmıramsa, necə olacaq? Məşq dayanır axı. Bir də görürsən nəsə başqa bir iş olur. O işi bundan üstün tutur...
İndi də truppa müdiri içəri daxil olub məşq üçün lazım olan pyesi götürür. Aktrisa Bəsti Cəfərovanın hələ məşqə girmədiyini, direktorla görüşmək istədiyini deyir.
- Vaqif İbrahimoğlu ona rol verib - ana rolunu. O da qızı oynamaq istəyir. Neyliyim? Deyin mənə.
- İşiniz doğrudan çətindir.
- Sonra da yazacaqsınız ki, təzyiqi qalxdı. Neyliyim? 52 yaşları var, qız rolu oynamaq istəyirlər.
- Qayıdaq müsabiqəyə. Hamı bilir ki, müsabiqə keçirilsəydi, nə qədər aktyor kənarda qalacaqdı.
- Heç kim qalmayacaqdı.
- İllərdir teatrda bir dənə də rol oynamayan yaşlı sənətkarlar var.
- Olmaz. Onlar qənimətdirlər. Siz belə düşünürsünüz, axı hamınızın fikri belə deyil. Deyəcəklər ki, necə ürəkləri gəldi, məsələn, Siyavuş Aslanı işdən çıxardılar. Mən deyə bilməyəcəm axı, Siyavuş burda heç bir iş görmür. Yaddaşı da elədir ki, söz yadında qalmır, ona rol da vermək olmur.
- İnanırsınız ki, bir il ərzində aktyorların yaradıcılığında bir irəliləyiş olacaq?
- Mən inanıram ki, bir il ərzində aktyorların özlərini realizə etmək üçün şansları, imkanları böyük olacaq. Vaqif İbrahimoğlunun tamaşasında 35 aktyor iştirak edir. “Hökmdar və qızı” tamaşasında 25-30 nəfər var. Aktyor heyətində olanların hamısı məşqdədir. Fevralın 16-dan Kamran Şahmərdan “Teleskop”un səhnə işinə başlayacaq. Martın 1-dən Bəxtiyar Xanızadə məşqlərə start verəcək. Cahangir Novruzov bir pyes tamaşaya qoymalıdır. Hamı üçün rol var. Aktyorlar bekar qalmayacaqlar. Mənəvi haqqım yoxdur ki, tanımadığım aktyorları yerişinə, duruşuna, yaxud rol oynamadığına görə kənarda qalsın. Təbii, onların içində eləsi var ki, bir ildə bir dəfə də səhnəyə çıxmayıb. Amma müsahibə versə, min dənə şey deyər. Yaxud aktyorların bir qisminin ifadə vasitələri yaranıb. Bəzi hərəkətləri o biri tamaşada da edir. Aktyor məharətindən biri də başqalaşmaq məharətidir. Bunlar zaman-zaman qaydasına düşməlidir, itirilmiş imkanlar bərpa olunmalıdır.
Son 10 ildə qoyulan tamaşalara baxın. O tamaşa deyil axı. O tamaşada aktyor neyləyə bilər? Aktyor böyük dramaturgiyada, böyük rejissurayla yetişir. Ələsgər Ələkbərov “Bahar suları”nda Alxan, Otello, Vaqif oynayırdı. Hökumə Qurbanova “Kəndçi qız”ında Bənövşə oynayırdı, o tərəfdən də Kleopatra...
- Kleopatranın indiki ifaçısı Məleykə Əsədovaya münasibətiniz necədir?
- Aktrisadır. Ola bilər, bu fikrim mübahisə doğura. Mən inanıram ki, bu aktyor, aktrisaların əksəriyyəti ilə işləmək olar. Yaxşı rejissor işləyəcək. Sabah Robert Sturua tamaşasında Məleykə Əsədovaya rol verdi və o, onu tamam başqa cür göstərdi. Onda biz neyləyəcəyik? Deyəcəyik ki, deməli, bu, rejissor görməyib. Mən istəmirəm kiminsə ünvanına nəsə deyim. Mən özüm teatrşünasam. İstənilən aktyorun bütün yaradıcılığını, rollarını təhlil edərəm. Amma mənim bura gəlməkdə niyyətim onların istedadını daha böyük səviyyəyə çatdırmaqdır. Əgər eyiblərdən, nöqsanlardan danışsaq, səmərəsiz iş görəcəyik.
- Müqavilənin vaxtı qurtarandan sonra onda da hansısa aktyora yenidən şans veriləcək?
- Xeyr. Nəticəyə görə qərar veriləcək. Bu, onlara verilən son şansdır. Birmənalıdır.
Xəyalə MURADLI

1888