“İçərişəhər” də hesabat verdi
31 yanvar 2011 14:19 (UTC +04:00)

“İçərişəhər” də hesabat verdi

İdarədən Lent.az-a verilən məlumata görə, yığıncaqda qurumun rəhbəri Mikayıl Cabbarov geniş məruzə ilə çıxış edib. O, ötən il ərzində görülmüş işlər və növbəti il üçün idarənin qarşısında duran vəzifələrdən danışarkən deyib ki, ölkə rəhbərliyi səviyyəsində İçəri Şəhərin qorunması və təbliği istiqamətində hərtərəfli tədbirlər həyata keçirilir. Mikayıl Cabbarov ötən il ərzində YUNESKO ilə də sıx əməkdaşlıq etdiklərini söyləyib.

İdarənin rəis müavini Samir Nuriyev isə İçəri Şəhərdə yerləşən memarlıq abidələrinin qorunması, konservasiyası və bərpası sahəsində atılmış addımlardan danışıb. O, İçəri Şəhərdə ən qədim məscid olan Məhəmməd Məscidində qabaqcıl bərpa texnologiyalarına əsaslanan muzey-konservasiyasının həyata keçirildiyini və Kiçik Karvansara abidəsinin bərpasının bitdiyini qeyd edib. Həmçinin qoruq ərazisində qəzalı binalarda məskunlaşmış 52 nəfərdən ibarət məcburi köçkün ailələri Bakıda yeni tikilmiş binalarda mənzillərə köçürülüb.

İclasda idarənin tabeliyində olan qurumların digər rəhbər şəxslərinin hesabat nitqləri dinlənilib. Sonda Mikayıl Cabbarov yekun sözü ilə çıxış edərək ölkə başçısı tərəfindən 2011-ci ilin Turizm ili elan olunduğunu xatırladıb. İdarə rəisi İçəri Şəhərin təbliğinə və turizm infrastrukturunun genişləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyini də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1297

Oxşar yazılar