Azərbaycan və Latın Amerika musiqiçiləri bir səhnədə
27 yanvar 2011 18:31 (UTC +04:00)

Azərbaycan və Latın Amerika musiqiçiləri bir səhnədə

Konsert Milli Konservatoriyanın rektoru, bəstəkar-pianoçu Siyavuş Kəriminin “Trans Atlantik Non Stop” layihəsi əsasında həyata keçiriləcək. Bu barədə Lent.az-a danışan layihə rəhbəri konsertdə çıxış edəcək ifaçıların adlarını açıqlayıb. Bunlar Elçin Həşimov, Elnur Əhmədov, Şirzad Fətəliyev, Kamran Kərimovdur. Siyavuş Kərimi özü də konsertdə musiqiçi kimi çıxış edəcək.

S. Kərimi ilk dəfə bu layihənin 2002-ci ildə Azərbaycanda gerçəkləşdiyini, Stokholmda da təqdim olunduğunu xatırladıb.

Qeyd edək ki, “Trans Atlantik Non Stop” layihəsi martın 14-dən 21-ə qədər Bakıda baş tutacaq II Beynəlxalq Muğam Festivalı çərçivəsində keçiriləcək.

Xəyalə Muradlı
# 1063

Oxşar yazılar