Azərbaycanda gürcü rəssamın sərgisi açılacaq
Nazirlikdən Lent.az-a verilən məlumata görə, sərgi yanvarın 29-da İncəsənət Muzeyində açılacaq. Rəssamın Bakıda keçirilən ilk fərdi yaradıcılıq sərgisində 50-dən artıq rəngkarlıq və qrafika nümunələri tamaşaçılara təqdim olunacaq. Sərgi Gürcüstanın Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyi, SOCAR Gürcüstan, ICOM Gürcüstan (Beynəlxalq muzeylər komitəsi) təşkilatlarının dəstəyi ilə keçirilir.
Azərbaycan tamaşaçısı Mamuka Tsetskhladzenin yaradıcılığı ilə 90-cı illərin ortalarından tanışdır. O, dəfələrlə Bakıda keçirilən Gürcüstan təsviri sənət sərgilərinin iştirakçısı olub. Rəssamın “Konstantinopol”, “Paris”, “Venesiya” və digər məşhur tabloları arasında “Köhnə Bakı” əsəri də xüsusi yer tutur. Mamuka Tsetskhladze yaradıcılığa başladığı ilk gündən öz dəsti – xətti olan sənətkar kimi formalaşıb. Güclü və fərdi yaradıcılıq üslubuna malik olan rəssamın məharətlə yaratdığı əsərlər öz orijinallığı, ifadə yeniliyi ilə diqqəti cəlb edir.
Xəyalə

676