Afaq Bəşirqızı: “Sənətçinin ən böyük stimulu tamaşaçı alqışıdır”
26 yanvar 2011 11:07 (UTC +04:00)

Afaq Bəşirqızı: “Sənətçinin ən böyük stimulu tamaşaçı alqışıdır”

Kollektivin müvəqqəti məskunlaşdığı Dənizçilərin Mədəniyyət evində tamaşaçılara təqdim etdiyi ilk əsər “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva) komediyası olub. Daha sonra kollektiv “Qısqanc ürəklər” (R.Mirişli, M.Haqverdiyev) tamaşasını öz daimi tamaşaçılarına təqdim edib.


“Mən dəyərəm min cavana” tamaşasının əsas rollarından birinin ifaçısı olan xalq artisti Afaq Bəşirqızı tamaşa ilə bağlı fikirlərini Lent.az-la bölüşüb: “Mən dəyərəm min cavana” əsəri artıq bir neçə ildir ki, bizim teatrın səhnəsində oynanılır. Premyerasından uzun zaman keçməsinə baxmayaraq, əsərin yenə tamaşaçıların diqqətini çəkməsi bizi sevindirir. Aktyor səhnə ilə nəfəs alır, yaradıcılıq üçün yaşayır. Sənətçinin ən böyük stimulu tamaşaçı alqışıdır və bu səsi eşitmək üçün ona meydan vermək lazımdır. Bu gün biz yenidən səhnədə olduğumuzdan, sevimli tamaşaçılarımızla müvəqqəti yerləşdiyimiz yeni ünvanda görüşməyimizdən çox məmnunuq”.

Aktrisa söhbət əsnasında, həmçinin teatrın binasının əsaslı təmirdən sonra istifadəyə veriləcəyini və bundan sonra daha möhtəşəm tamaşaların hazırlanacağını diqqətə çatdırıb.


Qeyd edək ki, Musiqili Komediya Teatrı yanvarın ayının 29-da “Qırmızı papaq” (E.Sabitoğlu, Q.Anderson), “Ər və arvad” (Ü.Hacıbəyli), 30-da isə “Düyməcik” (Q.Anderson) və “Talelər qovuşanda” (R.Hacıyev, F.Zöhrabov, E.Ocaqov) tamaşalarını Dənizçilərin Mədəniyyət evində nümayiş etdirəcək.

Xəyalə
# 478

Oxşar yazılar