“Oskar”a namizədlərin adları açıqlandı
25 yanvar 2011 23:23 (UTC +04:00)

“Oskar”a namizədlərin adları açıqlandı

Lent.az-ın məlumatına görə, “Oskar”ın əsas – “İlin filmi” nominasiyasına 10 film namizəddir.

Bunlar Darren Aronofskinin “Qara qu quşu”, Devid O. Rasellanın “Döyüşçü”, Kristofer Nolananın “Başlanğıc”, Liz Xolodenkonun “Uşaqlar qaydasındadır”, Tom Huperin “Kral danışır!”, Denni Boylanın “127 saat”, Devid Finçerin “Sosial şəbəkə”, Koen qardaşlarının “Dəmir güc”, Debr Qranikin “Qış sümüyü” və Li Ankriçin “Oyuncaqların hekayəti: Böyük qaçış” filmləridir.

Bu dəfə əsas favorit tarixi dram olan “Kral danışır!” filmidir. Bu ekran əsəri 12 nominasiya üzrə “Oskar”a namizəddir. Bundan başqa filmdə Britaniya monarxı VI Qeorq obrazını yaradan Kolin fert və onun həyat yoldaşı rolunda çəkilən Helena Bonem-Karter də bu mükafatı qazanmaq şansı olanlardan sayılırlar. Cefri Raş isə ikinci plandakı rola görə “Oskar”a namizəddir.

Qeyd edək ki, Amerika Kino Akademiyası mükafatlarının 83-cü təqdimat mərasimi fevralın 27-də Los-Ancelesdə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727

Oxşar yazılar