Diplomatlarımız “Əli və Nino”nun müəllifinin evini və məzarı ziyarət ediblər
25 yanvar 2011 16:48 (UTC +04:00)

Diplomatlarımız “Əli və Nino”nun müəllifinin evini və məzarı ziyarət ediblər

Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin əməkdaşları “Əli və Nino” əsərinin müəllifi, Qurban Səid təxəllüsü ilə tanınmış məşhur Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyin dəfn edildiyi Pozitano şəhərində səfərdə olublar.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər zamanı Pozitano şəhərinin meri Mikele De Luçia və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib, şəhər merinin müşayiəti ilə Əsəd bəyin yaşadığı ev və məzarı ziyarət edilib.

Mikele De Luçia 1938-42-ci illərdə Salerno vilayətinin Pozitano şəhərində yaşamış Məhəmməd Əsəd bəyin yerli əhali tərəfindən böyük hörmətlə anıldığını söyləyib. Mikele De Luçia Məhəmməd Əsəd bəyin iki xalq arasında mənəvi körpü yaratdığı üçün Pozitano sakinlərinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi arzusunda olduqlarını bildirib.

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov deyib ki, Azərbaycan xalqının Məhəmməd Əsəd bəyin ömrünün son və çətin illərində Pozitano sakinləri tərəfindən ona göstərilən qayğı və diqqətdən xəbərdar olduğunu qeyd edib və buna görə Pozitano sakinlərinə öz minnətdarlığını çatdırıb.

Səfər zamanı Pozitano ilə Azərbaycan arasında turizm, iqtisadiyyat və incəsənət sahələrində əməkdaşlıq məsələləri edilib.
# 607

Oxşar yazılar