“Şəhrizad” baletinin premyerası keçiriləcək
Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Şəhrizad” baleti klassik quruluşda xalq artisti Tamilla Şirəliyevanın redaksiyasında səhnəyə qoyulur. Şəhrizad partiyasını balet truppasının aparıcı solisti – əməkdar artisti, “Zirvə” və “Qızıl Dərviş” mükafatları laureatı Kamilla Hüseynova ifa edəcək. Bu rolun ikinci ifaçısı isə gənc balerina Elmira Mikayılovadır. Tamaşada digər əsas partiyalarda əməkdar artistləri Gülağası Mirzəyev və İslam İslamov çıxış edəcəklər.
Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovdur.
Qeyd edək ki, “Şəhrizad” simfonik süitası Rimski-Korsakovun yaradıcılığına məxsus ən dəyərli musiqilərdən, eyni zamanda rus simfonik musiqisinin zirvəsində duran əsərlərdən biridir. N.Rimski-Korsakov bu əsəri 1888-ci ildə qələmə alıb. Əsər çox populyar olub, tez-tez dünyanın ən yaxşı orkestrləri tərəfindən ifa olunur. “Şəhrizad” ənənəvi klassik xoreoqrafiya əsasında 1910-cu ildə Mixail Fokin tərəfindən səhnəyə qoyulub. Balet həmin quruluşda Böyük Teatrda, Sankt-Peterburqun Mariinski Teatrında və Kiyevdə Ukrayna Dövlət Opera və Balet Teatrında nümayiş olunub.
Xəyalə

1072