“Azdrama”nın saytı hazır olmaq üzrədir
25 yanvar 2011 13:29 (UTC +04:00)

“Azdrama”nın saytı hazır olmaq üzrədir

Sayt fevralın ilk ongünlüyündə internet istifadəçilərinin ixtiyarına veriləcək. Bu barədə Lent.az-a teatrın truppa müdiri Elnur Məmmədov bildirib. Onun sözlərinə görə, dizaynı və unikallığı ilə digərlərindən seçiləcək saytda bir neçə bölmə olacaq. Hər bölmədə xəbərlər daim yenilənəcək.


Saytda teatr haqqında ümumi bilgilər, tamaşalar, aktyorlar, festivallar, qastrol səfərləri haqqında məlumatlar bölmələrə əsasən yerləşdiriləcək. Hər aktyorun həyat və yaradıcılığı, oynadığı rollar barədə informasiyalar və fotolar tapmaq mümkün olacaq. Mətbuat bölməsində “Azdrama” ilə bağlı yazılan bütün xəbərlər, məqalələr toplanacaq. Bundan başqa video və foto qalereya da fəaliyyət göstərəcək.


Elnur Məmmədov vurğulayıb ki, sayt hazır olandan sonra təqdimat mərasimi keçiriləcək: “Sayt demək olar ki, hazırdır, üzərində son işlər aparılır. Düşünürəm ki, çox maraqlı bir sayt olacaq və fərqliliyi ilə seçiləcək. Dəyişilməsə, teatrın saytı www.azdrama.az ünvanında yerləşəcək”.

Xəyalə
# 767

Oxşar yazılar