Mənsum İbrahimovun tələbələri konsert verəcək
24 yanvar 2011 12:23 (UTC +04:00)

Mənsum İbrahimovun tələbələri konsert verəcək

Konsert Mədəniyyət və Turizm Nazirliyinin xəttilə fevralın 2-si – Gənclər Günündə Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Bu barədə Lent.az-a məlumat verən Mənsum İbrahimov bildirib ki, konsertdə onun altı gənc tələbəsi öz məharətini göstərəcək: “Bu tələbələrim digərləri qədər çox tanınmır. Geniş ictimaiyyət qarşısında az çıxış ediblər. Ona görə də onları daha da yaxşı tanıtmaq, bacarıqlarını göstərmək, böyük səhnəyə çıxmalarında yardım etmək məqsədilə bu dəfə onların konsertini təşkil etdik. Konsertdə altı muğam ifaçısı, üç muğam üçlüyü çıxış edəcək”.

Özünün solo konsertə gəlincə isə, xanəndə bu layihəsini 2011-ci il ərzində təqdim edəcəyini deyib: “Səfərlərə, layihələrə görə, solo konsertə hazırlaşmağa vaxt olmadı. Amma inşallah bu il ərzində solo konsertimi keçirəcəyəm”.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780

Oxşar yazılar