Nuridə Atəşi etiraz etdi
18 yanvar 2011 13:38 (UTC +04:00)

Nuridə Atəşi etiraz etdi

Lent.az-ın məlumatına görə, bunu yanvarın 14-16-da Almaniyanın Rheinland-Pfalz əyalətində Speyer Pfalz Tarix Muzeyi tərəfindən keçirilən beynəlxalq Amazon Konfransında Nuridə Atəşi sübut edib.

Konfransa qatılan Danimarka, Fransa, Ukrayna və digər ölkələrdən gəlmiş tarixçilər, arxeoloqlar, etnoqraflar, mədəniyyətşünaslar, bu mövzuda müxtəlif universitetlərdə araşdırmalar aparan tədqiqatçılar arasında həmyerlimiz Nuridə Atəşi də olub. O, muzeyin təqdim etdiyi dünyadakı ən qədim amazon qəbrinin Gürcüstandan olması faktına etiraz edərək Azərbaycan amazonlarının daha qədim olduğunu sübuta yetirib. Belə ki, 2004–cü ilin oktyabrında Azərbaycan Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Peterburqdan gələn həmkarlarının köməyi ilə Naxçıvanda, Ordubad şəhəri yaxınlığındakı II Plovdağda savaşçı qadın qəbri tapıb. Onlar qəbirdən savaşçı qadına məxsus ox qabı, 13 ox və digər bəzək əşyaları aşkara çıxararaq savaşçı qadının e. ə. II minilliyin birinci yarısına aid olduğunu sübut ediblər. Nuridə Atəşi arxeoloqlar tərəfindən qazma işləri haqqında yazılmış hesabatı da konfrans iştirakçılarına göstərib.

Amazonların Qafqazda 15 ilə yaxın tədqiqatı ilə məşğul olan N. Atəşi eyni zamanda konfrans vasitəsilə avropalı alimlərə müraciət ünvanlayıb. “Qobustan amazonlarının daha qədim ola biləcəyini, amazon silahları hesab edilən təbərzin baltaları və hətta onların hazırlanmış olduğu şablonların, Herodotun bəhs etdiyi üstüörtülü araba modellərinin məhz Azərbaycan ərazisindən tapıldığını, Strabonun yazmış olduğu albanlarla qonşuluqda olan Keravn dağının Dağlıq Qarabağda yerləşdiyini, Qarabağın qədim Amazon torpağı olduğunu, alban tarixçisi Musa Kalankatuklunun “…onların vətəni bunlardır: Albaniya, Atropatena və Amazoniya“ faktlarını və indiyəcən Avropa tədqiqatçılarına məlum olmayan bir çox tarixi faktları sadalayaraq konfrans iştirakçılarının diqqətini, heyrətini və marağını Azərbaycana yönəldib.

Həmyerlimiz Almaniyada keçirilmiş “Amazon” sərgisinin xüsusi ilə yunan və indogerman skit amazonlarına daha ağırlıq verdiyini , dərindən araşdırılmamış səthi hazırlanmış bir sərgi adlandırsa da, Amazon tədqiqatında ilk addım olaraq çox əhəmiyyətli bir hadisə sayıb.

Qeyd edək ki, Almaniyanın Rheinland-Pfalz əyalətinin Speyer muzeyində 2010-cu ilin sentyabrından carı ilin fevralına qədər “Amazon” sərgisi nümayiş etdirilir. Eksponatlar sərgiyə Berlin, London, Paris, Neapol, Kiyev, Tiflis muzeylərindən borc alınaraq gətirilib və sərgidə son illərin bir çox arxeoloji tapıntıları dünyaya ilk dəfə sərgilənib. Sərgi iştirakçılarının və beynəlxalq tədqiqatçıların ən böyük marağına səbəb olan eksponat isə Tiflisdən gətirilmiş olan e.ə. I minilliyə aid edilən bir savaşçı qadın qəbridir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1595

Oxşar yazılar