Eldar Quliyevin 70 illik yubileyidir –
Lent.az-ın məlumatına görə, Eldar Quliyev 1941-ci ildə Bakıda dünyaya göz açıb. , Görkəmli bəstəkar Tofiq Quliyevin oğlu olan Eldar Quliyev ailəsində 1960-1966-cı illərdə Moskvanın Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində Serqey Gerasimovun kursunda təhsil alıb. İnstitutu bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında yaradıcılıq fəaliyyətinə başlayıb və “Biri var idi, biri yox idi” adlı ilk qısametrajlı filmini çəkib.
Eldar Quliyev 1970-ci ildə ilk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.
Eldar Quliyev 1979-cu ildə “Babək” filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə “Babək” filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı “Ən vacib müsahibə”, “Var olun qızlar”, “Ürək…Ürək…”, “Nizami”, “Nə gözəldir bu dünya”, “Girov” və digər filmlərə quruluş verib. Son işi keçən il rejissoru və ssenari müəllifi olduğu “İstanbul reysi” filmidir.
Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru olaraq Eldar Quliyev öz bilik və təcrübəsini cavanlara ötürməyi, “Debüt” Eksperimental Gənclik yaradıcılıq studiyasının rəhbəri kimi isə neçə-neçə gəncə yardımçı olmağı özünə borc bilib.
Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan Eldar Quliyev Gildiya yaradılan gündən indiyədək qurumun prezidentidir.
Eldar Quliyev və onun yaradıcılığı Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilib və o, Dövlət Mükafatı laureatı, Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb, Qırmızı Əmək Bayrağı Ordeni, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.
Xəyalə

1861