Arnold Şvartsnegger qubernatorluqdan kinoya qayıdır
17 yanvar 2011 19:55 (UTC +04:00)

Arnold Şvartsnegger qubernatorluqdan kinoya qayıdır

Lent.az-ın məlumatına görə, aktyor əlinə üç ssenarinin keçdiyini etiraf edib.

O, ssenarilərin adlarını çəkməsə də, real hadisələr üzərində qurulduğu üçün bir ssenarinin onu maraqlandırdığını deyib. A. Şvartseneqerin sözlərindən aydın olub ki, söhbət rejissor Rendal Uollesin “With Wings as Eagles” (hərfi tərcüməsi “Qartal qanadları sayaq”) filmindən gedir.

Aktyor müsahibəsində onu da bildirib ki, qubernator olduğu müddətdə Hollivud filmlərində çəkilməkdən imtina etdiyinə görə, 200 milyon dollar ziyana düşüb. “Mən qətiyyən buna görə peşman deyiləm. Bu, ona dəyərdi. Ancaq mən ümid edirəm ki, bunu düzəltməyə nail olacağam. Hər bazar ertəsi Los-Ancelesdəki evimdən çıxıb ştatın paytaxtında gedəndə həyat yoldaşım və övladlarım bu işimə nifrət etdiklərini deyirdilər. çünki həftənin sonuna qədər orada qalırdım” - deyə, o əlavə edib.

Xatırladaq ki, Arnold Şvartsnegger Kaliforniya ştatının qubernatoru vəzifəsini yanvarın 3-də demokrat Cerri Brauna təhvil verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643

Oxşar yazılar