Aktyor Coşqun Rəhimov bir həftə sonra məşqlərə qatılacaq
“Bu Şəhərdə”nin ssenari müəllifi Müşfiq Abbasov Lent.az-a açıqlamasında Coşqunun hazırda evində dincəldiyini və aktyorun səhhətinin qənaətbəxş olduğunu deyib: “Coşqun bir həftə evdə dincəldikdən sonra məşqlərə başlayacaq. Martda konsertə hazırlaşırıq. Hər şey əladır. İzmirdə həkimlər burada keçirilən əməliyyatın nəticələrinə baxdılar, qənaətləri belə oldu ki, əməliyyat uğurla başa çatıb”.
M.Abbasov qeyd edib ki, Coşqun Rəhimov növbəti dəfə Türkiyəyə 8 aydan sonra müayinə olunmaq üçün yollanacaq.
Lalə
M.Abbasov qeyd edib ki, Coşqun Rəhimov növbəti dəfə Türkiyəyə 8 aydan sonra müayinə olunmaq üçün yollanacaq.
Lalə
1005