“Məhəbbət və ölüm” Ankarada anşlaqla qarşılandı
14 yanvar 2011 16:56 (UTC +04:00)

“Məhəbbət və ölüm” Ankarada anşlaqla qarşılandı

Lentaz-ın məlumatına görə, iki pərdədən ibarət olan balet Rusiya Federasiyasının məşhur Yekaterinburq Opera və Balet Teatrı tərəfindən səhnələşdirilib.
Səhnə dekorasiyası, kostyumlar, işıq, klassik simfoniya, folklor və xalq rəqslərinin ecazkar sintezi baletə gələnləri valeh edib. Polad Bülbüloğlunun bəstələdiyi əsərdə millilik hər bir notda hiss olunurdu. Baletin librettosunun müəllifi və xoreoqrafı Nadejda Malıgina, orkestrin rəhbəri isə Pavel Kliniçevdir.
Xoreoqrafiyanın dili olmasa da, məhəbbət-ölüm, nifrət – xəyanət bu qədər yaxın, bu qədər gözəl nümayiş etdirilməmişdi – tamaşaya gələnlərin ilk təəssüratı məhz bu olub.
Dastan məhəbbətin ölümə qalib gəlməsi ilə bitir.
Qeyd edək ki, “Məhəbbət və ölüm” ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulub. Baletin librettosu “Dədə Qorqud” dastanının motivləri əsasında yazılıb.
TÜRKSOY və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə səhnələşdirilən balet bu gün də göstəriləcək. Tamaşaçılar arasında Türkiyə mədəniyyət və turizm naziri Ertuğrul Günay da olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar