“Azdrama” martın 10-da qapılarını açacaq
14 yanvar 2011 16:47 (UTC +04:00)

“Azdrama” martın 10-da qapılarını açacaq

Lent.az-ın məlumatına görə, bunu teatrın direktoru İsrafil İsrafilov yanvarın 14-də keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, artıq fevralın 1-də teatrın böyük və kiçik səhnələrində tamaşaların məşqlərinə start veriləcək.

Teatrın açılışı isə martın 10-da Milli Teatr günündə olacaq. Həmin gün “Azdrama” ilk tamaşası ilə qapılarını tamaşaçıların üzünə açacaq. Lakin həmin gün hansı tamaşanın nümayiş olunacağı hələ dəqiqləşməyib.

İ. İsrafilov onu da vurğulayıb ki, əsaslı təmirdən sonra müasir standartlara cavab verən teatrda yeni repertuar siyasəti həyata keçiriləcək: “Biz tamaşaçılar qarşısına tam yeni repertuarla, yeni və müasir tamaşalarla çıxacağıq. Hazırlanması, səhnə qoyulması nəzərdə tutulan tamaşalarla yeni repertuar yaradılacaq”.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 776

Oxşar yazılar