“Euronews” kanalının nümayəndələri İçəri Şəhərlə tanış olublar - FOTO
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a bildiriblər ki, Kiçik Qala küçəsi ilə başlayan gəzinti zamanı qonaqlara arxitektur binalar və Dördbucaqlı Qala barədə məlumat verilib. Qeyd olunub ki, Dördbucaqlı Qala Bakının şimal tərəfdən müdafiəsini daha da möhkəmləndirmək, ərazini nəzarətdə saxlamaq və geniş əraziyə malik qaladan silah anbarı kimi istifadə etmək üçün tikilib.
Kiçik Qala küçəsində qonaqlar burada yerləşən təndirdə olub və təzə bişmiş çörəyin dadına baxıblar.
Daha sonra ölkəmizin qədim iqtisadi əlaqələrinin mövcud olmasının göstəricisi olan Buxara karvansarasında olan qonaqlara məlumat verilib ki, karvansara XV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilib.
Sıratağlı dini-memarlıq kompleksinin ərazisində təşkil edilmiş daş ekspozisiya da qonaqların diqqətini cəlb edib.
Qonaqların İçəri Şəhərlə tanışlığı Bakı şəhərinin simvoluna çevrilmiş, dünya əhəmiyyətli abidə olan Qız Qalası ilə davam etdirilib.
Sonda qonaqlar Məhəmməd Məscidi ilə tanış olaraq burada beynəlxalq tələblərə uyğun aparılmış muzey-konservasiya işləri barədə məlumatlandırılıblar.

695