Mirzə İbrahimovun 100 illik yubileyidir
13 yanvar 2011 12:24 (UTC +04:00)

Mirzə İbrahimovun 100 illik yubileyidir

Yubileylə əlaqədar olaraq Mirzə İbrahimovun Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivindəki 645 saylı fondunda ayrı-ayrı qruplaşmalar aparılıb. Arxivin direktoru Maarif Teymurun Lent.az-a verdiyi məlumata görə, fondda saxlanılan sənədlərin iki elmi siyahısı sistemləşdirilib. Direktor bildirib ki, Mirzə İbrahimovun çox zəngin olan bu fondunda 10 mindən çox sənəd, 2 mindən çox kitab qorunur. Sənədlər arasında xalq yazıçısının tanınmış ədəbiyyat adamları ilə yazışmaları, klassiklər haqqında publisistik məqalələri, şeirləri, povestləri, hekayələri, tərcümələri də var: “Yubileylə əlaqədar Mirzə İbrahimovun fondundakı sənədlərin iki elmi siyahısı artıq hazırdır. Tədqiqatçılar, araşdırmaçılar üçün fond açıqdır. İstədikləri zaman bu sənədlərdən istifadə edə bilərlər”.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969

Oxşar yazılar