Bu gün Mirzə Babayevin xatirə günüdür
13 yanvar 2011 11:17 (UTC +04:00)

Bu gün Mirzə Babayevin xatirə günüdür

Lent.az-ın məlumatına görə, Mirzə Babayev 1913-cü ildə Bakıda dünyaya gəlib. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, Bülbülün sinfinə daxil olub. Azərbaycan estradasının korifeylərindən sayılan Mirzə Babayev uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Onun ifasındakı “Kəpənək”, “Uzaq, yaşıl ada”, “Liman”, “Saçlarına gül düzüm” və digər mahnılar bu gün də sevilir.

Aktyor kimi 20-dən artıq filmdə rol alıb. “26-lar”, “Sevil”, “Yenilməz batalyon”, “Dərviş Parisi partladır” və digər filmlərdə iştirak edib. “O olmasın, bu olsun”, “Onu bağışlamaq olarmı”, “Dəli Kür” filmlərindəki mahnıları səsləndirib.

M. Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsini bitirən Mirzə Babayev Memar kimi Nizami Muzeyinin layihə çəkilişində iştirak edib.

Xalq artisti, “Şöhrət” ordenli Mirzə Babayev 2003-cü il yanvarın 13-də 90 yaşında vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780

Oxşar yazılar