Rejissor Cahangir Mehdiyevin 60 yaşı tamam olur –
13 yanvar 2011 10:54 (UTC +04:00)

Rejissor Cahangir Mehdiyevin 60 yaşı tamam olur –

Onun 60 yaşı tamam olur. Lent.az-ın məlumatına görə, ömrünün çox hissəsini kinoya həsr etmiş istedadlı sənətkar öz yaradıcılığı dövründə kinoda müxtəlif səpkili, parlaq və tamaşaçı tərəfindən sevilən filmlərə quruluş verib.


Bakıda anadan olan Cahangir Mehdiyev 1968-1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində, 1974-1979-cu illərdə Moskvanın Kinematoqrafiya İnstitutunda G.Daneliyanın kursunda təhsil alıb. “Diplom işi” adlı qısametrajlı filmlə diplom müdafiəsini edən gənc rejissor həmin filmlə beynəlxalq festivalda “Ən yaxşı tələbə işi” kimi ilk mükafatını alır.


Təhsilini bitirdikdən sonra 1979-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Komediya janrında çəkdiyi “Vah!”, “Evlənmək istəyirəm”, “Kişi sözü”, “Gənc qadının kişisi”, “Girişmə öldürər” və digər filmləri öz dəsti-xətti ilə seçilərək tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır və sevilə-sevilə baxılır. Onun filmləri bir çox beynəlxalq festivallarda Azərbaycanı layiqincə təmsil edib və mükafatlara layiq görülüb.


1998-ci ildən Cahangir Mehdiyev “Mozalan” Studiyasının rəhbəri təyin olunur.
Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş Cahangir Mehdiyev Kinematoqrafçılar İttifaqının və Professional Kinorejissorlar Gildiyasının üzvü olaraq milli kinematoqrafın ictimai həyatında fəal iştirak edən, gənc kadrların hazırlanmasına və formalaşmasına öz töhfəsini verən bir sənətçidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1940

Oxşar yazılar