Müğənni Azərin Heydər Əliyev Sarayında konsert verəcək
12 yanvar 2011 15:29 (UTC +04:00)

Müğənni Azərin Heydər Əliyev Sarayında konsert verəcək

Bu barədə müğənni özü Lent.az-a açıqlama verib: “Heydər Əliyev adına Sarayının rəhbərliyindən konsert təklifi almışam. Hazırda Türkiyənin TRT AVAZ telekanalında yayımlanan musiqili proqramımı davam etdirirəm. Eyni zamanda, konsertə hazırlaşıram”.

Müğənni, Türkiyədə yaşamasına baxmayaraq, Azərbaycandakı yaradıcılıq işlərini də davam etdirdiyini deyib: “Tez-tez vətənimə gəlib-gedirəm. Bilirsiniz, mən həm də Daxili Qoşunların zabitiyəm, bu günlərdə Daxili Qoşunların yubileyi idi. Gəldim, bayram münasibəti ilə çıxış etdim. Ayda bir neçə dəfə Bakıya gəlib-gedirəm”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1006

Oxşar yazılar