İlham Əsgərov iş başına qayıdır
11 yanvar 2011 15:48 (UTC +04:00)

İlham Əsgərov iş başına qayıdır

Aktyor yanvarın 15-dən sonra yarımçıq qalan işlərini davam etdirmək istəyir. Bu barədə Lent.az-a danışan İlham Əsgərov bildirib ki, ilk olaraq yenidən “Bulaq” verilişində aparıcılıq etmək niyyətindədir: “Düzdür, müalicəm hələ də davam edir. İynə-dərmanlarımı ev şəraitində qəbul edirəm. Ancaq çox şükür, özümü yaxşı hiss edirəm. Ona görə də yanvarın 15-dən sonra “Bulaq” verilişinin aparıcılığına qayıtmaq istəyirəm. Ayın axırı isə AzTV-də çəkilən və yarımçıq qalan televiziya filmindəki işimi davam etdirmək istəyir. Təki sağlıq olsun...”

Akademik Milli Dram Teatrında Mərahim Fərzəlibəyovun quruluş verdiyi “Qarabağnamə” tamaşasındakı obrazına gəlincə, İlham Əsgərov məşqlərə ayın sonunda yenidən başlayacağını deyib. O, bu tamaşada İbrahim xan rolunda çıxış edir. Aktyor onu da əlavə edib ki, tamaşanın premyerasının fevral ayında keçirilməsi planlaşdırılır.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1251

Oxşar yazılar