Fuad Poladov yeni filmə çəkiləcək
10 yanvar 2011 15:53 (UTC +04:00)

Fuad Poladov yeni filmə çəkiləcək

Bunu Lent.az-a açıqlamasında xalq artisti Fuad Poladov deyib. Aktyor Ramiz Fətəliyevin ssenarisi əsasında Ələkbər Tağızadənin
quruluş verdiyi “Növbəti” tamaşasındakı Ol obrazını 2010-cu ilin uğurlu işlərindən biri hesab edir. Digər yaddaqalan bir iş də onun Akademik Dram Teatrında hazırlanacaq “Hacı Murad” tamaşasında əsas obraza dəvət alması olub.


Fuad Poladov yeni yaradıcılıq işlərindən də söhbət açıb. Aktyorun sözlərinə görə, bu ay ərzində baş rolda çəkildiyi “Aktrisa” filminin təqdimat mərasimi keçiriləcək: “Filmin quruluşçu rejissoru Rövşən İsaqdır. Bu, Rövşənin ilk işidir. Düşünürəm ki, uğurlu və maraqlı film alınıb. Bu ay premyerası keçiriləcək”.


Aktyor yeni bir filmə dəvət aldığını söyləsə də, bu haqda danışmaq istəməyib. “Hacı Murad” tamaşasına gəlincə, F. Poladov məşqlərin Akademik Dram Teatrının yeni kollektivinin formalaşdırılması üçün keçiriləcək müsabiqədən sonra başlanacağını bildirib.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728

Oxşar yazılar