Aktyor Coşqun Rəhimov İzmirdə müalicə olunur
“Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov APA-ya verdiyi açıqlamasında bildirib ki, İzmir xəstəxanalarının birində reabilitasiya kursu keçən aktyor 200 qram radioaktiv yod qəbul edib: “Coşqun Rəhimov hazırda özünü daha yaxşı hiss edir. Artıq lazımi analizlər götürülüb və bir neçə gündən sonra analizlərin nəticələri məlum olacaq. Məhz bundan sonra Coşqunun nə zaman Bakıya qayıdacağı məlum olacaq. Bu analizlərin nəticəsi məlum olacaq ki radioaktiv yodun qəbulu zamanı orqanizmə daxil olan radiasiya tam çıxıb, ya çıxmayıb. Əgər çıxmayıbsa, demək ki, ona təyyarəyə minmək olmaz və belə olacağı təqdirdə Coşqun daha 10 gün orada qalmalıdır”.
M.Abbasov deyib ki, əgər analizlərin cavabı müsbət olsa, o zaman aktyor Bakıya yanvarın 13-də qayıda biləcək: “Radioaktiv yod qəbul etdiyinə görə həkimlər palataya xüsusi geyimdə girirlər. Onlar aktyora 2 metrdən çox yaxınlaşa bilmirlər. Biz isə onunla palatada quraşdırılmış xüsusi monitor və mikrofonla danışırıq. Coşqun yod içib ki, cərrahiyyə əməliyyatından sonra qalan bütün mikroblar məhv olsun. Bu müalicə uğurla nəticələnəcək”.
M.Abbasov bildirib ki, Türkiyənin İzmir şəhərinin sözügedən xəstəxanasında onları çox yaxşı qəbul ediblər və hazırda aktyorun müalicəsi yüksək səviyyədə aparılır. Coşqun Rəhimov eləcə də İzmirdə xüsusi dərman qəbul etməyə başlayıb ki, bu dərmanı da bütün ömrü boyu qəbul etməlidir. Sözügedən dərman qalxanvarı vəzi əvəz edir. Coşqun Rəhimov müalicə kursunu bitirdikdən və Vətənə döndükdən sonra 5-8 mart tarixində Heydər Əliyev Sarayında nümayiş olunacaq “Bu şəhərdə”nin məşqlərinə başlanılacaq.

2339