Ələkbər Muradov şəxsi kino arxivini Film Fonda təqdim edib
06 yanvar 2011 18:03 (UTC +04:00)

Ələkbər Muradov şəxsi kino arxivini Film Fonda təqdim edib

Fondun rəhbəri Cəmil Quliyevin Lent.az-a verdiyi məlumata görə, filmlər arasında “Qanun naminə”, “O olmasın, bu olsun”, “Leyli və Məcnun”, “Koroğlu”, “Min birinci qastrol” və digərləri var. Foto-neqativlərin ümumi sayı 90 ədəddir. Bununla yanaşı, Ələkbər Muradov şəxsi kino arxivini də fonda təqdim edib. Rejissorun kino arxivində 2003-cü ildə çəkdiyi xalq artisti Nəsibə Zeynalovanın dəfn mərasiminin materialları, “Ananın duaları” bədii filmi, xalq artisti Tofiq Quliyevin dəfn mərasiminin təsvirləri, Hüseyn Seyidzadənin yubileyinə həsr olunmuş kino arxiv materialları və başqa sənədlər var. Bütün bu sənədlər əsasında Dövlət Film Fondunda Ələkbər Muradovun şəxsi arxiv fondu yaradılıb.


C.Quliyev bildirib ki, Azərbaycanın kino filmlərinin bülletinin ikinci buraxılışı yanvarın sonunda işıq üzü görəcək. Burada 2008 və 2010-cu ilə kimi çəkilmiş müxtəlif filmlər və kino xadimləri haqqında maraqlı məlumatlar öz əksini tapıb. Bundan başqa, kino ensiklopediya lüğətinin I cildi də artıq nəşrdədir.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1213

Oxşar yazılar