İsrafil İsrafilov xəstəxanaya düşdü
Son vaxtlar mədəniyyət adamları arasında ağır xəstəliklərin sayının artması qəribə ajiotaja, söz-söhbətə səbəb olub. Bəziləri xüsusən aktyorlar arasında bu halların artmasını əvvəlcə baş teatrda, ardınca digər paytaxt teatrlarında aparılan islahatlarla bağlayır. Yəni sənət taleyindən nigarançılıq keçirən aktyorların səhhətində yaranan problemlər də elə bu narahatlıqla əlaqəlidir.
Bu gün səhər baş teatrın, Akademik Milli Dram Teatrının yeni direktoru İsrafil İsrafilov səhhətində yaranan narahatlıqlarla bağlı xəstəxanaya yoxlanmaya gedib. Həkimlər onu dərhal palataya götürüblər. Məlum olub ki, İsrafil İsrafilovun təzyiqi yüksəkdir, hərəkət etməsi beyinə qan sızması ilə nəticələnə bilər.
“Hazırda kritik vəziyyət aradan götürülsə də hələ qalxmağıma icazə verilmir. Əslində bu yeni deyil, mən də insanların əksəriyyəti kimi beş ildən artıqdır ki, hipertonikəm, bu xəstəlikdən əziyyət çəkirəm” – deyə İ.İsrafilov Lent.az-a bildirib.

Oxşar yazılar

Sizi ekrana bağlayacaq 7 detektiv film - VİDEO
7 may 2025 , 15:50
“Həyat yoldaşım ola-ola başqa qızlara şeir yazırdım” – Nəriman Həsənzadə ilə MÜSAHİBƏ
7 may 2025 , 14:12
Alətləri tərəvəzdən olan orkestr Rekordlar Kitabına düşdü
6 may 2025 , 15:48
Aktyor Vahid Əliyevin vəziyyəti yenidən pisləşdi
6 may 2025 , 13:42
Həftəsonu izləyə biləcəyiniz 5 detektiv film
5 may 2025 , 16:51
Hollivud batmaq üzrədir...
5 may 2025 , 15:41
2024-ün ən uğursuz və ən gəlirli filmləri - SİYAHI
5 may 2025 , 13:43