Yaşar Niru danışdı: “Qorxulu bir şey yoxdur”
26 dekabr 2010 17:13 (UTC +04:00)

Yaşar Niru danışdı: “Qorxulu bir şey yoxdur”

Bir aydan çoxdur ki, Türkiyənin İstanbul şəhərində “Memorial” xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti Yaşar Nuri nəhayət danışdı. Noyabrın 9-da İstanbulun “Memorial” xəstəxanasına yerləşdirilmiş sənətkar ilk sözlərini ANS TV-yə deyib. Onunla qısa müsahibə Yaşar Nurinin səhhətində müsbətə doğru dəyişikliklərin olmasını deməyə əsas verir.

“Azərbaycan xalqını salamlayıram, hamıya can sağlığı arzulayıram. Bu gün gözəl bir gündür, oturmuşam, televizora baxıram. Qarşıdan yeni il gəlir. Hamınızı təbrik edirəm! Yeni ilə çatsam oradayam, çatmasam yenə də telefon vasitəsilə zəng edib təbrik edəcəyəm. Qorxulu bir şey yoxdur. Mən də istəyirəm ki, xəstəlik birdəfəlik canımdan çıxsın. Gəlib orada çıxış edəcəm, görəcəksiniz”, - deyə Yaşar Nuriyev ürək sözlərini bildirib.

Noyabrın 6-da axşam saatlarında səhhəti pisləşən xalq artisti 3 gün Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicə alıb. Xalq artistinə hipertonik-krizis diaqnozu qoyulub. Yaşar Nuri 9 noyabrda axşam saat 20:00 radələrində xüsusi təyyarə ilə İstanbul Memorial Xəstəxanasının həkimlərinin müşayiəti ilə Türkiyəyə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822

Oxşar yazılar