Amerika tamaşaçı Azərbaycan musiqisinə qonaqdır
21 dekabr 2010 16:26 (UTC +04:00)

Amerika tamaşaçı Azərbaycan musiqisinə qonaqdır

Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki konsulluğu və “Azərbaycan-İnterneyşnl” jurnalının təşkilatçılığı ilə San-Dieqo və Los-Ancelesdə “Azərbaycan musiqisi” adlı konsert proqramları keçirilir. Xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kəriminin rəhbərlik etdiyi qrupa Aygün Bayramova, Mənsum İbrahimov, Elnur Əhmədov və Elçin Həşimov, nağaraçalan Kamran Kərimov daxildilər.

Amerika tamaşaçısı Aygün Bayramova və Mənsum İbrahimovun ifasında “Qarabağ şikəstəsi”, “Sarı gəlin” mahnılarını ayaq üstə alqışlayıb. Siyavuş Kəriminin, Elnur Əhmədovun, Elçin Həşimovun, Kamran Kərimovun virtuoz, solo ifaları da maraqla qarşılanıb.

Qrupun növbəti konsert proqramı dekabrın 23-də San-Fransiskoda olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar