Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi qrupunun növbəti iclası keçirilib
Strasburqda Avropa Şurasının qərargahında 2011-ci ilin 7-9 aprel tarixində Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun İşçi qrupunun iclası keçirilib. İclasda YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin rəhbər şəxsləri, Avstriya Federal Mədəniyyət və Təhsil Nazirliyinin şöbə müdiri Norbert Riedl və müstəqil ekspert Robin Vilson iştirak edib.
Azərbaycan tərəfindən görüşdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri səfir Arif Məmmədov, Avropa Şurası və YUNESKO yanında daimi nümayəndəliklərin əməkdaşları qatılıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, iclas zamanı forumun gündəliyi, konsepsiya sənədi, əlavə təşkil ediləcək tədbirlər barədə müzakirələr aparılıb.
Müzakirələr nəticəsində forum çərçivəsində keçiriləcək ayrı-ayrı sessiyaların, tədbiri dəstəkləyən beynəlxalq qurumlar tərəfindən təşkili və müvafiq moderatorlarla təmin etmələri, həmçinin tədbirin konsepsiya sənədinin sistemli şəkildə hazırlanaraq iştirakçılara göndərilməsi razılaşdırılıb. Bununla yanaşı Avropa Şurasının “Mədəniyyətlərarası şəhərlər” proqramının qlobal bir layihə kimi təsis edilməsi və həmin şəhərlərin rəhbərlərinin ayrıca görüşünün təşkil edilməsi, Azərbaycanın bir şəhərinin mədəniyyətlərarası şəhər seçilməsi üçün təqdim edilməsi, habelə Avropa Şurası Şimal-Cənub Mərkəzinin Avropa “think-thank” görüşünün təşkili barədə ümumi razılıq əldə olunub. İclasda Forumun təşkili və sənədlərin hazırlanması istiqamətində AR Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə həyata keçiriləcək bütün tədbirlərin cari ilin yanvar ayının sonuna kimi yekunlaşdırılması və fevral ayının əvvəllərində İşçi qrupun növbəti iclasında təqdim edilməsi qərara alınıb.
Xəyalə

628