Xanımana Əlibəylinin 90 illik yubileyi qeyd olunacaq
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dekabrın 23-də Gənc Tamaşaçılar Teatrında əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı Xanımana Əlibəylinin anadan olmasının 90 illiyi münasibəti ilə yubiley tədbiri keçiriləcək.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, tədbirdə Xanımana Əlibəylinin “Dovşanın ad günü” pyesinin 100-cü tamaşası nümayiş olunacaq. Yubiley tədbirində tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar və yazıçının qohumları iştirak edəcəklər.
Qeyd edək ki, X.Əlibəyli yarım əsri adlayan uzun və səmərəli yaradıcılıq yolu keçərək uşaq ədəbiyyatının görkəmli nümayəndəsi kimi söz sənətimizin tarixinə daxil olub. O, Azərbaycan uşaq dramaturgiyasının banisi sayılır. Bədii yaradıcılığa ötən əsrin 30-cu illərində başlayıb. İlk şeiri – “Ana” 1955-ci ildə “Azərbaycan qadını” jurnalında dərc edilib. “Balaca həkim”, “Dovşanın ad günü”, “Meşə həkimi”, “Yaz konserti” və s. kitabları nəşr olunub.
“Dovşanın ad günü”, “Ləpələrin nağılı”, “Gözəllər gözəli” və s. pyesləri Gənc Tamaşaçılar və Kukla teatrlarında tamaşaya qoyulub. “Dovşanın ad günü” və “Aycan” tamaşaları Dövlət Mükafatına layiq görülüb.
Xəyalə

Oxşar yazılar

Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26