Tahir Salahovun əsərlərindən ibarət divar təqvimi nəşr olunub
19 dekabr 2010 11:36 (UTC +04:00)

Tahir Salahovun əsərlərindən ibarət divar təqvimi nəşr olunub

Azərbaycanın Macarıstandakı səfirliyi və Macar–Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşəbbüsü ilə Budapeştdə dünya şöhrətli Azərbaycan boyakarı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Azərbaycanın və Rusiyanın xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət divar təqvimi nəşr olunub. Lent.az-ın məlumatına görə, təqvimə rəssamın Abşeron lövhələri, dəniz mövzusunda çəkdiyi tablolar, portretlər qalereyasından nümunələr və “Əbədi od” triptixi daxil edilib.

Burada eyni zamanda Tahir Salahovun portreti və yaradıcılığı haqqında qısa məlumat verilib.

Azərbaycan incəsənətinin təbliği məqsədini güdən divar təqvimi Budapeştdə akkreditasiya olunmuş səfirliklərə, Macarıstanın dövlət idarələrinə və ictimai təşkilatlarına, media qurumlarına göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668

Oxşar yazılar