Gənc Tamaşaçılar teatrında V Respublika bədii qiraət müsabiqəsi mükafatçılarının təqdimetmə mərasimi keçiriləcək
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Gümüş maska” zalında “Deyilən söz yadigardır” V Respublika bədii qiraət müsabiqəsi qalibləri mükafatçılarının təqdimetmə mərasimi keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, mərasim dekabr ayının 22-də olacaq.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Göyçay rayonunda baş tutan tədbir Rəsul Rzanın 100 illiyinə həsr edilib. “Deyilən söz yadigardır” başlıqlı V Respublika bədii qiraət müsabiqəsi yüksək bədii-təşkilati səviyyədə keçirilib. Müsabiqədə 34 bölgəni təmsil edən 70 nəfər iştirak edib.
Münsiflər heyətinin qərarı ilə I mükafata (500 manat, laureat adı və diplom) Füzuli rayonunu təmsilçisi, Mədəniyyət və İncəsənət Universitetinin “Dram rejissoru” fakültəsinin tələbəsi Pərvin Ərzənalıyeva, II mükafata (300 manat, laureat adı və diplom) Dövlət İqtisadiyyat Universitetinin tələbəsi Könül Qurbanova, III mükafata (250 manat, laureat adı və diplom) Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Həcər Ağayeva, həvəsləndirici mükafatlara (100 manat və diplom) Salyan Dövlət Kukla Teatrının aktyoru Rauf Həsənov, Bakı şəhərindəki Əmircan Mədəniyyət Evinin təmsilçisi Firuz Rəfiyev və Göygöl rayonunun təmsilçisi Arzu Cəlilova layiq görülüb. Göyçay rayon Mədəniyyət və Turizm şöbəsinin təsis etdiyi xüsusi mükafatla (100 manat və diplom) isə Ucar rayonunu təmsil edən Elçin Məmmədov təltif edilib.
Lalə Yusifqızı

Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55