Rusiyalı yazıçı Viktor Pelevin “Qanun” nəşriyyatına təşəkkür edib
Məşhur yazarın azərbaycan dilində ilk romanı nəşr olunub
“Qanun” nəşriyyatı “Ən yeni tərcümə” seriyasından Viktor Pelevinin “Omon Ra” əsərini nəşr edib. Bu, tanınmış rus yazarının Azərbaycanda nəşr olunan ilk əsəridir. Kitabın Azərbaycanda yayım hüquqları “Qanun nəşriyyatı”na məxsusdur. “Oman Ra” Günel Mövlud tərəfindən tərcümə olunub. Naşir Şahbaz Xuduoğlu ilə məktublaşması zamanı, Viktor Pelevinin nümayəndəsi bildirib ki, yazar özü kitabının azərbaycanca nəşrindən məmnun olub.
Viktor Pelevinin “Omon Ra” (1991) romanı baş qəhrəmanın adı ilə adlandırılıb.
Süjet Sovet kosmonavtlarının Aya uçuşuna hazırlığı üzərində qurulub. Onlardan biri kitabın əsas qəhrəmanı – Omon Krivomazov həm uçuşun özündə, həm də kosmonavtikanın “ifşasında” iştirak edir. Viktor Pelevinin özünün etirafına görə kitab kosmonavtlara deyil, əlahiddə “Sovet kosmosu”nda yaşayan sadə adamlara – “Sovet kosmosu qəhrəmanları”na həsr edilib. Süjetdə Maresyev adına yay peşə məktəbinin adı çəkilir. Orada kursantlar məktəbə daxil olduqdan sonra Vətən naminə onların ayağı kəsilir, sonra isə təyyarələri idarə etmə öyrədilir. Məktəbin rəhbəri deyir ki, ayaqlarını Vətənə hər kəs hədiyyə edə bilər, ağır iş deyil, “Sən həyatını qurban verməyi sına!”. Kitabda ötəri də olsa, həmçinin, buraxılış imtahanları pulemyot atəşləri ilə müşayiət olunan Aleksandr Matrosov adına piyada məktəbi və məzunları iflic və kor əlillər olan Pavel Korçagın adına ali hərbi-siyasi məktəbin də adı xatırladılır.
1993-cü ildə Viktor Pelevinin “Omon Ra” iki ədəbi mükafata – “İnterpresskon” və “Bronzovaya ulitka” mükafatlarına layiq görülüb.

610