Azərbaycanda tammetrajli psixoloji triller çəkilir
23 dekabr 2010 16:14 (UTC +04:00)

Azərbaycanda tammetrajli psixoloji triller çəkilir

Azərbaycanda yeni bədii filmin istehsalına başlanır. Ekran əsəri gənc yazar Nicat Qafuroğlunun “Ultionis” romanı əsasında yazılan ssenari əsasında çəkiləcək. Filmin ssenari müəllifləri Nicat Qafuroğlu və publisist-yazar Ceyhun Musaoğlu, prodüseri Sirac Mustafayevdir.

Sirac Mustafayevin Lent.az-a verdiyi məlumata görə, tammetrajli psixoloji trillerdə xalq artisti Rasim Balayev qəhrəmanın atası rolunda, “Mosfilim”in tanınmış aktrisası Mariya Kunax isə baş rollardan birini ifa edəcək. Azərbaycanın digər tanınmış aktyor və aktrisaları da filmdə rol alıb.

Prodüserin sözlərinə görə, Nicat Qafuroğlunun özünün rejissorluğu ilə çəkiləcək film 3 dilə - Azrərbaycan, ingilis, rus dillərinə tərcümə olunaraq səsləndiriləcək.

Film barədə ətraflı məlumat yaxın günlərdə keçiriləcək mətbuat konfransında veriləcək.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar