Milli mətbəximiz və musiqimiz Kiyevdə təqdim edilib
Ukrayna Azərbaycanlıları Konqresind’n Lent.az-a verilən məlumata görə, administrasiyanın sütunlu zalında keçirilən tədbiri Kiyev şəhər Dövlət Administrasiyası sədrinin müavini Leonid Novoxatko açaraq festival iştirakçılarını salamlayıb, paytaxtın mədəni həyatında fəallıq göstərən etnik cəmiyyətlərin nümayəndələrinə diplomlar təqdim edib.
Festivalda Azərbaycan icmasını Ukrayna Azərbaycanlıları Konqresinin “Azərbaycan” ansamblı, Ukraynanın xalq artisti Qurban Abbasov, beynəlxalq müsabiqələr laureatı Təranə Məmmədova təmsil ediblər. Soydaşlarımızın çıxışları sürəkli alqışlarla qarşılanıb. Zəngin Azərbaycan mətbəxinin peşəkar səviyyədə təqdim olunması isə tədbir iştirakçılarının böyük marağına səbəb olub. Festivalda Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli, Ukrayna Azərbaycanlıları Konqresinin sədri İlqar Abbasov və Ukraynadakı Azərbaycan diasporunun fəalları iştirak ediblər.
Azər Qardaşlı

Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55