Kino Yaradıcılıq Klinikasi tələbə qəbulu elan edir
Lent.az-ın məlumatına görə, kurslar “Kino yaradıcılıq klinikası”nın tərkibində yaradıcılıq emalatxanaları şəklində fəaliyyət göstərəcək.
Kursun müddəti 6 aydır. Qurumda rejissorluq - müasir dünya kinosu özəlliklərinin tədrisi, kadrarxası iş, yaradıcı heyətlə (aktyor, rəssam, operator və s) iş prinsipləri, yerli və beynəlxalq kinomarketinq, qısametrajlı filmlərin çəkilişi, dublyaj aktyoru kursu - praktik film səsləndirilməsi vərdişləri, film dublyajında iştirak imkanları, çoxsəsli, iki səsli bədii, təkoxunuşlu sənədli və cizgi filmlərin fərqli tədrisi, ssenari yaradıcılığı kursu - dünyanın aparıcı kino akademiyaları müəllimlərinin master-klassları, Azərbaycanın tanınmış kino və sənət adamlarının mühazirələri, müasir Hollivud kinossenari sisteminin tədrisi, qrup halında serial ssenarilərinin hazırlanması vərdişləri olacaq.
Bütün kurslar üzrə peşəkar montaj proqramlarıyla bağlı məlumatlandırma dərsləri aparılacaq. Kursu uğurla bitirən şəxslərə Avropanın tanınmış kino akademiyalarında təhsilini davam etdirmək imkanı yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, yaradıcılıq klinikasının tərəfdaşları Nyu-York Beynəlxalq Film İnstitutu, Polşa Film İnstitutu, Gürcüstan Teatr və Kino Universiteti, Potstam Televiziya və Kino İnstitutu, Sankt-Peterburq Dövlət Kino və Televiziya Universiteti, Gürcüstan Teatr və Kino Universitetidir.
Lalə Yusifqızı

Oxşar yazılar

Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03