Vaqif İbrahimoğlu səhhətindəki problemlərə görə Türkiyəyə gedib
Problemlərin səbəblərini, nədən qaynaqlandığını dəqiq bilmək üçün rejissor bu günlərdə Türkiyəyə yola düşüb.
Teatrdan Lent.az-a verilən məlumata görə, Vaqif İbrahimoğlunun səhhətindəki problemin nə olduğu hələ məlum deyil. Bakıda dəqiq diaqnoz qoyulmadığına görə, o, hazırda Ankara Qazi Universitetinin xəstəxanasında müayinə olunur, lazımi analizlər verir və diaqnozu müəyyənləşdirilir. Teatrşünas Məryəm Əlizadənin də Vaqif İbrahimoğlu ilə birgə Türkiyəyə getdiyi bildirilir. Bundan başqa “Azdrama”nın direktoru İsrafil İsrafilov da hazırda Türkiyədədir.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Vaqif İbrahimoğlu ilə telefon əlaqəsi saxladığını, rejissorun özünü yaxşı hiss etdiyini bildirib.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl teatrla bağlı keçirilən tədbirlərin birinə qatılan rejissor Vaqif İbrahimoğlu qolu sarıqlı və boynuna bağlı idi. Rejissor sinir sistemində problem olduğunu demişdi.
Xəyalə Muradlı

Oxşar yazılar

Ayağı kəsilən aktyor VƏFAT ETDİ
19 iyul 2025 , 12:56
Mütləq izləməli olduğunuz 7 həyəcanverici detektiv serial - VİDEO
18 iyul 2025 , 14:45
Kefinizi açacaq 5 məzəli film - VİDEO
17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi
17 iyul 2025 , 16:25
Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO
16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO
16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO
16 iyul 2025 , 11:25