Milli Teatr Festivalı başa çatdı - FOTO
Lent.az-ın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, prezidentin “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müəyyən bəndlərinin həyata keçirilməsini təmin etmək məqsədilə bu ilin fevral ayından başlayaraq Bakıda Milli Teatr Festivalı keçirilib. Festivalda respublikada fəaliyyət göstərən 27 teatr iştirak edib, tamaşalar respublikanın müxtəlif teatrlarının səhnəsində oynanılıb.
Mədəniyyət sahəsində həyata keçirilən işlər barədə danışan nazir müavini teatrlarda aparılan təmir işləri barədə də məlumat verib. O qeyd edib ki, Kukla, Rus Dram, Gənc Tamaşaçılar və Akademik Milli Dram teatrlarının binaları əsaslı təmir olunub. Mingəçevir Teatrında son təmir işləri aparılır. Sumqayıt, İrəvan teatrları bina ilə təmin olunub. Opera və Balet Teatrında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar layihə-smeta sənədləri hazırlanır.
Ədalət Vəliyev onu da vurğulayıb ki, bir il ərzində dövlət sifarişi ilə 27 teatrda 68 tamaşa qoyulub. İlin sonuna qədər bu rəqəm 75-ə çatacaq: “Güman edirik ki, gələn il 100 tamaşa səhnəyə qoyulacaq. Düzdür, bu tamaşaların heç də hamısı uğurlu deyil. Amma unutmayaq ki, dünyanın ən inkişaf etmiş ölkə teatrlarında da qoyulan tamaşaların hamısı uğurlu olmur”.
Mərasimdən sonra Akademik Milli dram Teatrında səhnələşdirilən “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş etdirilib.
Xəyalə Muradlı

Oxşar yazılar

Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39