Azərbaycanın “Miras”ı daha bir mükafat qazandı
07 dekabr 2010 17:34 (UTC +04:00)

Azərbaycanın “Miras”ı daha bir mükafat qazandı

Azərbaycanlı rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi kinofestivalda ikinci yerin diplomuna və pul mükafatına layiq görülüb. Lent.az-ın məlumatına görə, 5 bölmədə keçirilən festivalda “Miras” filmi “Şərqə pəncərə” bölməsində Azərbaycanı təmsil edib. Ümumilikdə isə festivalın bu ilki proqramında mükafatlar uğrunda 25-dən artıq ölkənin 67 filmi mübarizə aparıb.


Xatırladaq ki, “Miras” sənədli filmi Moskva şəhərində keçirilən 30-cu Beynəlxalq VGİK kinofestivalında "Kinematoqrafiya sənətinə sədaqətə görə" diplomuna layiq görülüb.
2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunan “Miras” filminin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, montajçısı Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar