Pianoçuların Qara Qarayev adına I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi başladı
06 dekabr 2010 16:54 (UTC +04:00)

Pianoçuların Qara Qarayev adına I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi başladı

Lent.az-ın məlumatına görə, tədbirlər Bakı Musiqi Akademiyasının 90 və akademiyanın orta ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə həsr olunub.

Açılış mərasimində çıxış edən BMA-nın rektoru, xalq artisti Fərhad Bədəlbəyli bildirib ki, müsabiqə və konfransın 2010-cu ili Mədəniyyətlərin beynəlxalq yaxınlaşması ili elan edən YUNESKO-nun himayəsi altında keçirilməsi ilə əlaqədar olaraq, müsabiqənin şərtlərindən biri iştirakçılar tərəfindən Qara Qarayevin əsərləri ilə yanaşı öz ölkələrinin əsərlərini də ifa etmələridir.

Mərasimində həmçinin BMA-nın dosenti Mədinə Tuayevanın ssenarisi əsasında çəkilən “Söz və Musiqi” filmi də nümayiş etdirilib. Film BMA-da işlənib-hazırlanan elmi-ifaçılıq müsabiqəsi və konfransların tarixini əks etdirib.

Bu irimiqyaslı layihənin müəllifi, Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidov çıxışında vurğulayıb ki, iştirakçılar arasında beynəlxalq müsabiqələrin qaliblərinin və milli mükafatların sahiblərinin olması keçiriləcək müsabiqənin yüksək səviyyəli olmasından xəbər verir: “Müsabiqənin müsbət cəhəti isə ABŞ, Rusiya, Gürcüstan, Türkiyə, Qırğızıstan, Küveyt, Tatarıstan, Özbəkistan və Türkmənistandan olan pianoçular sayəsində Qara Qarayevin fortepiano musiqisinin interpretatorları və tədqiqatçılarının sayının artması olacaq”.

Qeyd edək ki, dekabrın 6-dan 10-a qədər davam edəcək müsabiqə və konfrans Bakı Musiqi Akademiyasının Qara Qarayev adına Böyük zalında və konfrans zalında keçiriləcək. Birinci qrup iştirakçılar üçün 10-16 yaş həddi, ikinci qrup üçün 17-30 yaş həddi müəyyən olunub. qaliblərin elan olunması və mükafatlandırılması isə dekabrın 10-da baş tutacaq.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1067

Oxşar yazılar