Əsrlərin şahidi - Qarabağ xalçaları
“Azər-İlmə”dən Lent.az-a verilən məlumata görə, nəfis və yüksək poliqrafik tərtibatda nəşr olunmuş “Azərbaycan xalçaları. Qarabağ qrupu” adlı kitab Qarabağ xalçaçılıq qrupuna həsr edilib. Kitabda Qarabağın keçdiyi tarixi inkişaf yolu, burada xalçaçılığın təşəkkülü, onun inkişaf mərhələləri, səciyyəvi xüsusiyyətləri əksini tapıb. Nəşrdə Qarabağ xalçaçılıq məktəbi haqqında tam təsəvvür əldə etmək üçün nadir xalçalardan ibarət illüstrativ materiallar yer alıb. Materialların əsas hissəsini “Azər-İlmə” MMC-nin “Sehrli İlmələr” Qalereyasının qədimi Qarabağ xalçaları təşkil edir. Kitabda beynəlxalq standartlara uyğun olaraq bütün xalçaların texniki göstəriciləri də verilib.
Ümumiyyətlə, “Azərbaycan xalçaları. Qarabağ qrupu” kitabının ən böyük üstünlüyü ondadır ki, indiyə qədər Azərbaycan tarixində Qarabağ xalçaçılığının bu şəkildə təqdimatı olmayıb. Əsrlərin şahidi olan bu xalçalar bir daha sübut edir ki, Qarabağ qədim zamanlardan Azərbaycan türklərinin vətəni olub.
Məlumatda o da bildirilib ki, “Azərbaycan xalçaları. Qarabağ qrupu” kitabı artıq rus və ingilis dillərində də nəşrə hazırdır. Heydər Əliyev Fondunun dəstəyi ilə bu nəhəng layihənin növbəti kitabı üzərində iş gedir. Növbəti kitab “İrəvan xalçaları” ilə bağlı olacaq.
Xatırladaq ki, illər boyu Azərbaycan xalçaçılığının bütün məktəblərini əhatə edən zəngin xalça kolleksiyası yaratmış Vidadi Muradovun Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş bundan əvvəlki “Azərbaycan xalçaları” kitabı da mədəniyyətimiz üçün böyük bir töhfə idi.

1265