V Respublika bədii qiraət müsabiqəsi başlayır
Azərbaycanda mənsur şeir, nəsr yaradıcılığının geniş təbliği, bədii qiraət ifaçılarının yeni, gənc nəslinin üzə çıxarılması, mədəniyyət ocaqlarında bu işin daha da canlandırılması, aydın tələffüzü olan, səlis danışıq tərzinə malik gənclərin aşkarlanması və yetişdirilməsi məqsədilə Rəsul Rzanın 100 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” V Respublika bədii qiraət müsabiqəsi sabahdan öz işinə başlayır. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, müsabiqənin seçim və final turları dekabrın 1-dən 3-ə qədər Göyçay rayonunun Heydər Əliyev Mərkəzində keçiriləcək. Bu məqsədlə Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi, Bakı, Gəncə, Sumqayıt şəhər Mədəniyyət və Turizm idarələri, rayon (şəhər) mədəniyyət və turizm şöbələri müsabiqənin mütəşəkkil və yüksək səviyyədə təşkil olunmasını həyata keçirmək üçün iştirakçıların hazırlanmasını və müsabiqə keçirilən bölgəyə göndərilməsini təmin edəcək.
Müsabiqədə 18 yaşından 30 yaşına qədər hər bir şəxs (dövlət teatrlarında çalışan aktyorlar, şəhər və rayon mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrları və dram dərnəkləri kollektivlərinin üzvləri) iştirak edə bilər. Qalibləri xalq artisti Nurəddin Mehdixanlının sədrlik etdiyi münsiflər heyəti müəyyənləşdirəcək. Jürinin üzvləri arasında Mədəniyyət və Turizm Nazirliyinin incəsənət sektorunun baş məsləhətçisi Vəfa Novruzova, Göyçay rayon Mədəniyyət şöbəsinin müdiri Sahib Şükürov, əməkdar incəsənət xadimi Bəhram Osmanov, xalq artistləri Laləzar Mustafayeva və Pərvanə Qurbanova var. Müsabiqə qalibləri diplom və pul mükafatı ilə təltif olunacaqlar.
Xəyalə

Oxşar yazılar

Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39