“Don Kixot” Böyük Teatrın solistlərinin ifasında – FOTO
Tamaşada Rusiya Akademik Böyük Teatrının solistləri – Balet artistlərinin Moskva beynəlxalq müsabiqəsinin qızıl medalı və birinci mükafatının sahibi Çinarə Əlizadə və Böyük Teatrın premyeri, balet artistlərinin “Vaganova-prix” beynəlxalq müsabiqəsinin qızıl medal və birinci mükafatının, Sankt-Peterburqun “Qızıl sofit” Ali teatr mükafatının sahibi Mixail Lobuxin iştirak edib.
Lent.az-ın məlumatına görə, tamaşa baletsevərlərin böyük marağına səbəb olub və anşlaqla baş tutub. Tamaşadan sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri, xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva tamaşanın professional səviyyədə baş tutduğunu deyib: “Həmyerlimiz Çinarə Əlizadə balet artisti kimi qeyri-adi göstəricilərə malikdir – nadir plastika, temperament, artistizm və əlbəttə ki, professional məktəb. Biz hamımız onu teatrımızın səhnəsində görməyə çox şadıq, hesab edirik ki, bir balet artisti kimi gələcəkdə o yenə inkişaf edəcək və ustalığını daha da təkmilləşdirəcək. Böyük Teatrın solisti Mixail Lobuxinin çıxışını xüsusi olaraq, qeyd etmək istərdim. O nadir plastikası, tullanışı, yüksək texnikası və artistizmi ilə diqqəti cəlb edirdi və sözün həqiqi mənasında onu rus klassik baletinin ulduzu hesab etmək olar. Bugünkü tamaşada balet truppamızın çıxışı da məni qane etdi. Onlar həmişə olduğu kimi bu dəfə də öz partiyalarını dəqiqliklə və sinxron şəkildə ifa edirdilər”.

Oxşar yazılar

Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39