“Mənim ağ göyərçinim” yeni versiyada təqdim olunacaq
29 noyabr 2010 10:33 (UTC +04:00)

“Mənim ağ göyərçinim” yeni versiyada təqdim olunacaq

Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ilk məhəbbət haqqında iki hissəli lirik dramın yeni səhnə redaksiyasının müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurdjidze, rejissor assistenti əməkdar artist Nofəl Vəliyevdir. Tamaşanın plastik həlli və rəqslərin quruluşu Vüsal Mehrəliyevə, musiqi tərtibatı isə Vladimir Neverova məxsusdur. Tamaşada istifadə edilən şeirlərin müəllifi Mirzə Ağa Mirzəyevdir.

20 yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş tamaşada rolları əməkdar artistlər Rafiq Hüseynov, Rahib Əliyev, aktyorlar İlqarə Tosova (Turan (yaşlı)), Günel Məmmədova (Turan), Mirzə Ağa Mirzəyev (Aqil), Eşqin Quliyev, Elnur Hüseynov (Bəhruz), Zülfiyyə Alhüseynova (Səidə), Nəsibə Eldarova (Zəhra), Kərəm Hadızadə (Qürbət), Anar Səfiyev (Alik), İlham Əsədov (aparıcı-şoumen), Məsumə Babayeva (müəllimə), Sona Babayeva (valideyn), Elxan Qurban, Rövşən Abbasov (Natiq), Müşfiq Əliyev, Anar Seyfullayev, Xalidə Şərifova, Ədalət Əbdülsəmədov, Rəzzaq Məmmədov, Yusif Dadaşov, Aydın Dəmirov, Nurlan Rzayev, Müşfiq Əliyev, Elşən Şıxəliyev, Aybəniz Əhmədova, Anar Seyfullayev, Elgün Yəhyayev, Vahid Orucoğlu (şagirdlər), Nəsibə Eldarova, Dilarə Fərəcullayeva, Kərəm Hadızadə, Asya Atakişiyeva, Nigar Məmmədova və başqaları bölüşürlər.

Qeyd edək ki, tamaşa 4, 5 və 26 dekabrda nümayiş olunacaq.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1314

Oxşar yazılar