“Yeni il şənliyində qış möcüzəsi”
26 noyabr 2010 15:14 (UTC +04:00)

“Yeni il şənliyində qış möcüzəsi”

Bu xəbəri Lent.az-a Heydər Əliyev Sarayının mətbuat xidmətinin rəhbəri Anar Fərəczadə verib: “Balaca izləyicilərini sevindirməyə davam edirik. Saray gələn ilin yanvar ayının 4 gününü uşaqların əyləncəsinə həsr edəcək. Konsertdə “Çiçəyim” uşaq teatrı, “Dəcəl qızlar”, “Səyyah”, “Azəri inciləri” və “Şənlik” rəqs kollektivləri uşaqlara öz töhfələrini verəcəklər”.

Təşkil olunacaq konsert adəti üzrə Bakı şəhərinin ən geniş və maraqlı yeni il şənliyi olacaq. Onu da bildirək ki, 4 gün baş tutacaq konsertdə Heydər Əliyev Sarayının bütün texniki xidmətləri tam gücü ilə işləyəcək: “ Heydər Əliyev Sarayında yeni istifadəyə verilən led ekranlardan da istifadə olunacaq ki, uşaqlar onun vasitəsilə konsert başlamazdan öncə darıxmasınlar deyə ekranda (HD formatda) yüksək keyfiyyətdə cizgi filmlərinə baxa biləcəklər. Həmçinin sarayın foyesində animatorlar da olacaq ki, bununla da uşaqlar tanınmış cizgi film qəhrəmanları tərəfindən qarşılanacaqlar”.

Yeni ilin atributları sayılan Şaxta Baba və Qar qız da uşaqları təbrik edənlərin sırasında olacaq. Şənlikdə həmçinin bütün konsert boyu uşaqların əyləncəsinə rəng qatacaq lazer şousu da təşkil olunacaq.

Qeyd edək ki, yeni il şənliyi saat 13.00-da başlayacaq. Biletləri şəhərin bütün kassalarında əldə etmək mümkündür. Biletlərin qiyməti 4-11 manat arasındadır.

Adəti üzrə Heydər Əliyev Sarayının rəhbərliyi bu konsertdə də Qarabağ müharibəsi şəhidləri, əlilləri və iştirakçı ailələri, əlil uşaqları və uşaq evlərinin sakinlərini də ön sıralarda təmənnasız yer ayıracaq.

“Yeni il şənliyində qış möcüzəsi” Heydər Əliyev Sarayının təşkilatçılığı ilə həyata keçirilir.

Bundan əlavə, idarə və təşkilatlardan kollektiv sifarişlər qəbul edilir.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1523

Oxşar yazılar