Azərbaycanda Makedoniyalı İsgəndərin adına kəsilmiş pullar tapıldı
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları qədim Gəncənin xarabalıqlarında qazıntılar apararkən burada şəhərin antik dövrünə aid xeyli bəzək məmulatları və məişət əşyaları aşkarlayıblar.
Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Gəncə arxeoloji ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru ərazidə aşkarlanan 16 sikkə Makedoniyalı İsgəndərin adına kəsilmiş pulların oxşarıdır.
Ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş maral buynuzu formasında bəzək əşyaları, üçayaqlı qablar, antik çıraqlar, küp və xeyli sayda saxsı qablar qədim Gəncənin tarixi haqqında tutarlı fikir söyləməyə, buranın ən qədim insan məskəni olduğunu söyləməyə əsas verir. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı antik Gəncənin yerləşdiyi ərazi də aşkar edilib. Bu maddi sübutlar qədim Gəncənin antik dövrdə mövcud olduğunu bir daha təsdiqləyir.
Müəyyənləşdirilib ki, qədim şəhər İmamzadə kompleksindən indiki şəhərə tərəf Gəncə çayının sağ sahilində yerləşib. Ərazidə aşkarlanan maddi-mədəniyyət nümunələri əsasən torpağın üst təbəqəsinin materiallarıdır və əldə edilən hər bir əşya tədqiqat üçün ekspertizaya təqdim olunur.

Oxşar yazılar

Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39