Azərbaycan səhnəsində Kanada “Yağış”ı –
25 noyabr 2010 14:27 (UTC +04:00)

Azərbaycan səhnəsində Kanada “Yağış”ı –

Lent.az-ın məlumatına görə, konfransda Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorunun müdiri Naidə İsmayılzadə, festivalın prezidenti Valeriy Şadrin, Kanadanın “Eluaz” sirkinin bədii rəhbəri Jan Penşo, aktyorlardan isə Oksana Burli və Karr Eşli iştirak edib.

Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov müvafiq festivalın “İpək yolu” mərhələsini keçirmək ideyasının məhz Valeriy Şadrin tərəfindən irəli sürüldüyünü deyib. Onun sözlərinə görə, bu layihə üzərində 2 ildir çalışsalar da, bu il həyata keçirməyə müvəffəq olublar.

Çexov adına Beynəlxalq Teatr Festivalının prezidenti Valeriy Şadrin bildirib ki, bir neçə ildir “İpək yolu” mərhələsini müxtəlif ölkələr öz üzərinə çalışsalar da, sonradan müəyyən problemlərə görə geri çəkiliblər: “Nəhayət, Azər Paşa Nemətovun köməyilə bunu Azərbaycanda gerçəkləşdirmək mümkün oldu. Amma təbii ki, xeyli problemlərlə üzləşdik. Xüsusən də texniki baxımdan. Çünki bu tamaşalar texniki cəhətdən çox çətin tamaşalardır. Çalışdığımız qədər problemləri aradan qaldıra bildik. Əvvəlki iki tamaşa çox yaxşı və maraqla qarşılandı. Ümid edirik ki, bu da elə olar”.

Kanadanın “Eluaz” sirkinin bədii rəhbəri Jan Penşo isə “Yağış” tamaşası barədə məlumat verib. Belə ki, “Eluaz” sirkinin “Yağış” tamaşası 2004-cü ildə Daniele Finsi Paska tərəfindən tamaşaya qoyulub. “Yağış” sirk, akrobatika, yeni, fərqli teatr elementləri ilə zəngindir. Burada aktyorlar həm sirk tryukları göstərirlər, həm musiqi alətlərində çalıb oxuyurlar və uşaqlıq xatirələrindən, arzularından, qorxularından və ilk məhəbbətlərindən danışırlar.

Aktyor Karr Eşli isə mətbuat işçilərinə kiçik tryuklar göstərib.

Qeyd edək ki, Kanadanın “Eluaz” sirkinin “Yağış” tamaşası noyabrın 25, 26, 27, 28, 29 və 30-da Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814

Oxşar yazılar