Azərbaycanlı dirijor Polşada çıxış edib
Polşanın Mədəniyyət Nazirliyi, Podlaziya Opera Teatrı və Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilən konsertdə Arturo Toskanini adına dirijorların IX Beynəlxalq müsabiqəsinin qran-pri mükafatçısı, Azərbaycanın gənc dirijoru Əyyub Quliyev də çıxış edib.
Əyyub Quliyevin Lent.az-a bildirdiyinə görə, konsert Polşada dövlət səviyyəsində qeyd olunan “Şopen ili” çərçivəsində baş tutub. Əyyub Quliyev dahi bəstəkarın doğma Vətəni Polşada keçirilən 200 illik yubiley konsertlərində iştirak edən yeganə azərbaycanlı dirijordur. Həmin gecə Ə.Quliyevin dirijorluğu ilə Podlyaziya Filarmonik orkestri Aleksandr Skryabinin IV simfoniyası – “Ekstaz poemasını” (Belostokda ilk ifa) və Rixard Vaqnerin “Tristan və İzolda” operasına “Giriş” və “İzoldanın ölümü” əsərlərini ifa edib. Konsertdə dünya şöhrətli musiqiçi, Brüsseldə keçirilən Kraliça Yelizaveta adına pianoçuların beynəlxalq müsabiqəsinin qalibi Jeffri Suvonun ifasında Şopenin fortepiano və simfonik orkestr üçün 1 saylı konserti səslənib.
Konsertdən sonra Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxış edərək son illər ərzində Polşada gerçəkləşən konsertlərdə azərbaycanlı musiqiçilərin iştirakı barədə danışıb və ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında bu tədbirlərin rolunu xüsusi qeyd edib.
Xəyalə

Oxşar yazılar

2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34