Fidan Hacıyeva bir ildən sonra yenidən Karmen obrazında
Tamaşa dekabrın 4-də nümayiş olunacaq. Jorj Bizenin “Karmen” operası professor Hüseyn Əliyevin quruluşunda hazırlanır. Həmin gün operanı Azərbaycanın xalq artisti, dirijor Cavanşir Cəfərov idarə edəcək.
Fidan Hacıyevanın Lent.az-a verdiyi məlumata görə, sonuncu dəfə “Karmen” operası ilə ötən il dekabrın 5-də çıxış edib və düz bir il fasilədən sonra yenidən bu operaya müraciət edib. Sənətçi hər zaman olduğu kimi bu dəfə də Karmen sevərlərin qarşısına çıxmaq üçün ciddi şəkildə hazırlaşır. Bir müddət əvvəl İtaliyada uğur qazanan, İtaliya opera səhnələrində çıxış etmək imkanı əldə edən Fidan Hacıyeva bu uğurlarını da ifasında nümayiş etdirmək niyyətindədir: “İtaliyadakı uğurumdan sonra üzərimdə daha çox işləməli olduğumu hesab edirəm. Budəfəki çıxışımda tamaşaçılara yeniliklər və daha möhtəşəm ifa təqdim etmək fikrindəyəm”.
F. Hacıyeva onu da bildirib ki, dekabr ayında bir sıra yeniliklərlə tamaşaçıların görüşünə gələcək. Onun bu yeniliklərdən biri dekabrın 15-də verəcəyi konsertlə, digəri isə dekabrın 18-də Cüzeppe Verdinin “Trubadur” operasında Azuçena obrazında çıxış etməsi ilə bağlıdır.
Xəyalə

Oxşar yazılar

Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30