Fərqanə Qasımovanın narahatlığına son qoyuldu
Səfər təəssüratlarını Lent.az-a bölüşən xanəndə bildirib ki, İspaniyanın 3 şəhərində solo konsert verib. Tarraqona, Barselona və Madriddə keçirilən konsertlərin hər biri uğurla baş tutub və tamaşaçılar tərəfindən maraqla qarşılanıb: “Əslində mən bir az narahatlıq keçirirdim. Məsuliyyət də daha çox idi. Çünki atamla birgə verdiyimiz konsertlər həmişə anşlaqla keçirdi. Amma gördüm ki, narahatlığa ehtiyac yox imiş. Hər üç konsert anşlaqla keçdi, bizi alqışlarla təkrarən səhnəyə qaytardılar”.
F. Qasımovanın sözlərinə görə, konsertlərdə onu öz musiqiçiləri müşayiət edib – Rauf İslamov (kamança), Zəki Vəliyev (tar), Cavidan Nəbiyev (nağara) və Rafael Əsgərov (balaban). Xarici tamaşaçılara isə yeni bir proqram təqdim olunub. Proqrama 3 mahnı və “Mahur” muğamı daxildir.
Xanəndə onu da bildirib ki, İspaniyaya daha bir konsert təklifi irəli sürülüb. Növbəti qastrol səfəri aprel ayına planlaşdırılır.
Xəyalə Muradlı

Oxşar yazılar

Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30